Məhkəmə qərarları › İş №3(003)-1918/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1918/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1918/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.2, 100.1.3, 100.1.6, 100.1.9-cu maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.2, 100.1.3, 100.1.6, 100.1.9-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolda isə protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı və soyadı göstərilsədə adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, həmçinin zərər çəkmiş şəxsin yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində dəymiş maddi zərər barədə məlumatlar göstərilməmişdir. Belə ki, qeyd olunan protokolda göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixində sat təxminən 04:00 radələrində Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində yerləşən X1 əmlakına qəsdən ziyan vurmuşdur”. Qeyd olunur ki, dəymiş ziyanın miqdarı istintad olunan əməlin inzibati məsuliyyətə səbəb olan əməl kimi qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən haldan ibarətdir. Protokola əlavə edilmiş materialdan isə görünür ki, inzibati xəta hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin əmlakın zədələnməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində inzibati araşdırma aparılmamışdır. Həmçinin qeyd olunur ki, protokollara əlavə edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Rüstəmov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs zərərçəkmiş şəxsin evinin qarşısında olan təkərin kim tərəfindən yandırılmasından məlumatsız olduğunu bildirmiş, lakin protokola ona istinad olunan inzibati xətanın törədilməsində aidiyyətinin olması, əməlində inzibati xətanın tərkib əlamətlərinin mövcud olmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində hər hansı bir araşdırmanın aparılmasını təqdim edilmiş materiallardan müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar