Məhkəmə qərarları › İş №3(003)-1919/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1919/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1919/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, X1 müdafiəçisi Vəkil iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus “BMW X7 M Sport” markalı, 90- 00-128 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 23:40 radələrində Bakı şəhəri, Buzovna şossesində hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti nəqliyyat vasitəsi ilə xidmət aparan 1390 döş nişanlı polis əməkdaşı onu saxlayaraq İnzibati Xətalar Məcəlləsinin heç bir tələbini pozmadığı halda həmin həmin Məcəllənin 327.1-ci maddəsi ilə manevr qaydasını pozduğunu bildirərək barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib etmişdir. Şikayətçiyə məxsus nəqliyyat vasitəsinə quraşdırılmış video qeydiyyat cihazı vasitəsi ilə əldə olunmuş görüntülərdən aydın görünür ki, o, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin tələbini pozmamışam. Belə ki əks istiqamətə çıxmadan manevr ümumiyyətlə etməmiş, sağ zolaqda hərəkətini davam etdirərək, yolun istiqamətində hərəkətə davam etmişdir. Lakin yol-patrul xidmətinin əməkdaşı dönmə işığından istifadə etmədiyi üçün 327.1-ci maddəyə əsasən barəsində protokol tərtib etmişdir. Şikayəçi qeyd edir ki, dönmə işıqları yolun hərəkət istiqamətini dəyişərkən, yəni manevr edərəkən istifadə olunmalıdır. Videogörüntüdən aydın görünür ki, o, heç bir zolaq dəyişikliyi etməmişdir. Həmçinin görüntüdən də aydın şəkildə görünür ki, yol patrul xidməti əməkdaşı “Yol-patrul xidməti haqqında” Təlimatın 4-cü maddəsinin tələbləri koud şəkildə pozur, beləki həmin təlimatın 4-cü maddəsində yol-patrul xidmətinin aparılmasının forması müəyyən olunur. “Yol-patrul xidməti haqqında” Təlimatın 4.3-cü maddəsinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Video görüntüdən də göründüyü kimi tunellə hərəkətimi bitirdikdən sonra yolun sol tərəfində (dayanma-durmanın qadağan edildiyi hissəsində) əvvəlcədən yol-patrul xidməti nəqliyyat vasitəsinin görünmədiyi hissəsində yol-patrul xidməti həyata keçirilir. Həmin təlimatın 4.4-cü maddəsi ilə patrul avtomobili və motosikletlərindən istifadə etməklə xidmət aparılan zaman həmin təlimatın 4.4.1-ci maddəsinə əsasən nəqliyyat vasitələri axınında hərəkət - yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə edilməlidir. Video görüntüyə nəzər yetirdikdə yol patrul xidmətinin aprıldığı nəqliyyat vasitəsində saat 23:40 radələri olmasına baxmayaraq yolun sol tərəfində, dayanma-durmanın qadağan edildiyi zolaqda sayrışan işıqlardan istifadə edilmədən xidmətin aparıldığını aydın şəkildə görünür. “Yol-patrul xidməti haqqında” Təlimatın 4.10cu maddəsində “Piyada xidmət aparma zamanı yol hərəkətinə nəzarət səkinin kənarı (yolun kənarı), yolun ehtiyat hissəsi ilə hərəkət etməklə həyata keçirilir. Xidmətin aparılma yeri elə seçilməlidir ki, YPX inspektoru mümkün qədər çox sayda yol hərəkəti iştirakçısı üçün aydın görünsün və hüquq pozuntularının qarşısını vaxtında almaq imkanına malik olsun.” qeyd olunmuşdur. Bundan sonra şikayətçi tərəfindən həm kağız daşıyıcı vasitəsi ilə, həm də AR Daxili İşlər Nazirliyinin rəsmi internet ünvanı üzərindən qeyd olunanlarla bağlı şikayətini bildirsə də onun hər hansı rəsmi məktubla müraciətləri cavablandırılmamış; şikayətinə baxılmamışdır. Qeyd olunanları nəzərə alaraq şikayətçi tərəfindən qeydiyyat ünvanına və yaşayış yerinə uyğun olaraq İXM-nin 129.1.3-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması xahiş edilsə də, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4847/2024 saylı qərarına əsasən şikayət iş materilları ilə birlikdə baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cıi il tarixli, 3(003)-1864/2024 saylı qərardadına əsasən inzibati qərardan şikayətin xx.xx.2024-cü il tarixdə verildiyi əsas gətirilməklə müddətin buraxılması əsası ilə şikayət geri qaytarılmışdır X2 eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan dəfələrlə xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk olaraq X3 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətçi öz ərizəsində xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4847/2024 saylı qərarına əsasən şikayət iş materilları ilə birlikdə baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cıi il tarixli, 3(003)-1864/2024 saylı qərardadına əsasən inzibati qərardan şikayətin xx.xx.2024-cü il tarixdə verildiyi əsas gətirilməklə müddətin buraxılması əsası ilə şikayət geri qaytarılmışdır. Şikayətçi Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cıi il tarixli, 3(003)-1864/2024 saylı qərardadında göstərilən nöqsanları aradan qaldıraraq xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş şikayətçi tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın görüntülərinin əks olunduğu cd diskə keçirilmiş baxış zamanı X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndində qeyd edilmişdir ki, “sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.” Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş cd diskdə olan videogörüntülərdən görünür ki, şikayətçi Bakı şəhəri, Xəzər rayonu, Buzovna şossesi ilə baş yol ilə hərəkət edir və yolun sol hissəsində baş yoldan köməkçi yol ayrılır. Şikayətçi öz hərəkətini baş yol ilə davam etdirir. Lakin yol-patrul xidmətinin əməkdaşı onu dönmə siqnalından istifadə etmədiyi bununla da manevr qaydasını pozması əsası ilə saxlayaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiysına əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddənin tərkibini yaradır. Lakin cd diskdə qeyd edilmiş videogörüntülərdən görünür ki, şikayətçi tərəfindən hər hansı bir manevr etmə qaydalarının pozulması halı baş verməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi şikayətçi baş yol ilə hərəkətdə olmuşdur və hərəkətini baş yol ilə davam etdirmişdir. Məhkəmə hesab edir ki, onun hərəkətdə olarkən xarici işıq siqnallarının köməyi ilə siqnal verməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndində nəzərdə tutulmuş hallardan heç biri mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X4 ona istinad edilən inzibati xətanı törətmədiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar