Məhkəmə qərarları › İş №3(003)-192/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-192/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-192/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 23 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcraşöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 27 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinəəsasən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 1725,33 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 16:00-da polis vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, "xxxx" MMC-dən keçmişəri X1 mal almış vəərinin təkidi ilə o, bütün sənədlərə imza etmişdir. Məhkəmədə işə baxılarkən ona məlumat verilməmiş vəo, məhkəmə qərarınıalmamışdır. Eyni zamanda, o, Xəzər rayon icra şöbəsindən hər hansı bildiriş və ya xəbərdarlıq məktubları almamışdır. Bu gün polis vasitəsilə icra şöbəsinə gətirilərkən o, borcu və axtarışda olması barədəbilmişdir. Onun icra sənədi barədə məlumatı olmadığından həmin sənədin icrasından qərəzli boyun qaçırmamışdır. Hal-hazırda o, əri Eminlə boşanmış və anasının evində yaşayır. Heç bir yerdə işləmədiyinə görə anasının aldığı təqaüdlə dolanırlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki,borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 1725,33 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Şəxs ünvanına göndərilən icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın, bildirişin, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsini təsdiq edən sübut yoxdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, borclu Şəxs Binə qəsəbəsi, 2146 məhəllə, ev 25, mənzil 113 ünvanda tapmaq mümkün olmamışdır. Halbuki, Şəxs ünvanı ev 27, mənzil 41-dir. Məhkəmə hesab edir ki, qeyd olunan akt formal xarakter daşıyır. Bundan əlavə, məhkəmədə müəyyən olundu ki, borclu Şəxs heç bir yerdə işləmir və məhkəmə qərarı barədə onun məlumatı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzürsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115, 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar