Məhkəmə qərarları › İş №3(003)-192/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-192/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-192/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda fərdi yaşayış evdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində evdə saxladığı baksyor ləqəbli ev iti ilə yaşadığı küçədə evdən təxminən 60-70 m məsafədə gəzintidə olarkən Xəzər rayon Polis İdarəsinin 3-cü Pollis Şöbəsinin polis nəfərləri onu saxlayaraq Polis Bölməsinə getməyini tələb etmişlər. O, səbəbini soruşanda ona bildirmişlər ki. itin buruntaqı olmadığı üçün cərimə olunur. O, onlara bildirmişdir ki, ev itidir, hal-hazırda da itin boynunda cilovu olduğuna görə kiməsə zərər yetirmək imkan daxilində deyil. O, cümlədən küçədə də heç kim yoxdur. O, buruntaqsız olmadan küçədə itlə gəzmək icazəsinin olmaması halında onlardan itin evə aparılmasını xahiş etmişdir. Onlar onun bu xahişinə məhəl qoymadan onu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində sahə inspektoru kapitan X5 adlı şəxsə də vəziyyəti izah etmiş və ondan da xahiş etmişdir ki, bir daha belə hal təkrar olunmayacağına görə barəsində protokol tərtib olunmasın. O, onun bu xahişini nəzərə almadan protokol tərtib etmiş və ona bildirmişdir ki, 200 manat cərimə olunur. Hesab edir ki, bu ona qarşı ədalətsizlikdir. O, hal-hazırda heç yerdə işləmir və kirayədə yaşayır. Maddi vəziyyətinin pis olmasını inspektora desə də o, bu halı nəzərə almamışdır. Bugünki gün onun həmin cəriməni ödəməyə imkanı yoxdur. Bundan əlavə nəzərə çatdırır ki, İnzibati protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da o, həmin protokolun və qərarın sürətini xx.xx.2024cü il tarixdə almışdır. Həmin qərarda isə tarix göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 432.1-ci maddəsinə əsasən protokolun surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə protokoldan şikayət verilə bilər. Yuxarıda göstərilən xüsusatlar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 432.1-ci və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin barəsində tərtib etdiyi MN seriyalı, 15201980 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin polis polkovnik leytenantı Rahid Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində itini buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilmiş və barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin polis polkovnik leytenantı Rahid Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da ağırlaşdırılması və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X2 Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar