Məhkəmə qərarları › İş №3(003)-1920/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1920/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1920/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin polis mayoru X1 tərəfindən Xəzər Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Opel” markalı avtomobillə Pirallahı qəsəbəsi istiqamətində yolda 80-90 km/saat surətində hərəkətdə olduğu zaman zərərçəkmiş şəxs yolun qarşı hissəsində heyvanları yolun digər hissəsinə keçirdikdən sonra dərhal qaça-qaça geri qayıtmış və bu zaman o əyləncə basmış, lakin az məsafə olduğundan zərərçəkmiş şəxs onun avtomobilinə dəymişdir. Həmçinin bildirmişdir ki, velosiped yarışı keçirildiyindən hərəkət etdiyi yolun bir hissəsi bağlanılmış və o, digər sürücülər kimi, əks istiqamət üçün nəzərdə tutulan yolun hissəsində hərəkətdə olmuşdur. Belə ki, orada yol patrul əməkdaşları olmuş və bütün avtomobillər yolun həmin hissəsində hərəkət etmişlər. Hazırda isə hesab edir ki, hadisənin baş verməsində onun günahı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:30da yoldan quzuları keçirmişdir. Həmin zaman həmin yolda velosiped yarışı keçirildiyindən yolun bir hissəsi bağlanılmış, avtomobillər yolun digər əks istiqamət üçün nəzərdə tutulan hissəsi ilə hərəkət etmişlər. Orada olan mühafizəçilər quzuların geri qaytarılmasını tələb etdiyindən o, quzuları geri qaytarmışdır. Lakin quzuları yoldan keçirmək üçün mühafizəçilərdən icazə almaq üçün geri qayıtmış və bu zaman Şəxs onu idarə etdiyi avtomobillə vurmuşdur. Onun keçdiyi yolun istiqaməti əks istiqamətdə hərəkət üçün nəzərdə tutulduğundan o, Şəxs gəldiyi istiqamətdə baxmamışdır. Hadisənin baş verdiyi yolun hissəsi yaşayış ərazisində olmuş və Şəxs surəti 80-90 km/saat surətində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin dispozisiyasından görünür ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırda inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, xx.xx.2024-cü il tarixdə Qala qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla birlikdə baxılması üçün məhkəməyə təqdim olunsada məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri nəticəsində baş verməsi barədə kifayət qədər sübutlar mövcud deyil və təqdim edilmiş materiallar natamamdır. Belə ki, məhkəmə, yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini nəzərə alaraq qeyd edir ki, iş üzrə ümumiyyətlə baş vermiş yol nəqliyyat hadisəsinin sxemi tərtib edilməmiş, yol nəqliyyat hadisəsin baş verməsi ilə bağlı həmin hadisədə iştirak etmiş şəxslərin hərəkətləri arasında hansı səbəbli əlaqənin olması, kimin əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun olubolmamasının müəyyən edilməsi istiqamətində müvafiq ekspertiza təyin edilməməklə eskeprt rəyi alınmamışdır. Yəni, baş vermiş yol nəqliyyat hadisəsinin hansı şəraitdə və hansı səbəblərə görə baş verməsi halları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş material natamam olduğundan, bu halın isə işə baxılarkən tamamlamaq mümkün olmadığından İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Xəzər Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrinirəhbərtutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar