Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1922/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 18:43 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi "Nissan" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Qala dairəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Şəxs Qəçəli oğlu idarə etdiyi "Niva" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şüvəlan qəsəbəsi istiqamətindən hərəkət edərək yolun əks istiqamətinə keçərək "Nissan" markalı 50-ET- 192 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və bununla da yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin tam ödənildiyini qeyd etmiş və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hadisə zamanı özü xəsarət almasada, həyat yoldaşı Allahverdiyeva Çinarə yüngül dərəcəli bədən xəsarəti almışdır. Hal-hazırda səhhətində heç bir problem yoxdur. İşi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, həmçinin Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X1 və səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 30 avqust 2024-cü il tarixli 1028 saylı ekspert rəyinin surətindən görünür ki, Allahverdiyev Çinarə bədəni üzərində müəyyən edilmiş sağ qaşın əzilmiş yarası, burunun sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobillə digər avtomobilin toqquşması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli 2/4006 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsini nəzərə alaraq onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri İş № 3(011)-1406/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 08 aprel 2022-ci il Bakı şəhəri X8 Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxılır. İclas saat 11:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: - Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilməsin. Məhkəmə iclası 11 aprel 2022-ci il tarixə saat 16:00-a təxirə salınsın. Tərəflərin məhkəmə iclasında iştirakları təmin edilsin. Məhkəmə iclası saat 11:35-də bağlı elan olunur. Protokol 08 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: İş № 3(011)-1406/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 11 aprel 2022-ci il Bakı şəhəri X8 Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala baxılır. İclas saat 16:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlmişdir. Zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinin mümkünlüyü barədə tərəflərin fikrini dinləyir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməı iclasını təxirə salınmasını və tərəflərin məhkəmə iclasında iştirakını təmin edilməsini xahiş edir. Məhkəmə yerində müşavirə edərək qərara aldı: - zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası 21 aprel 2022-ci i tarixinə, saat 15:00-a təxirə salınsın. Məhkəmə iclası saat 16:05-də bağlı elan olunur. Məhkəmə iclas protokolu 11 aprel 2022-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib: İş № 3(011)-1406/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 21 aprel 2022-ci il Bakı şəhəri X8 Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs - xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs X4: X4 - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olan Sədrlik edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsinin mümkünlüyü barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və və zərərçəkmiş şəxsin fikrini hər birini ayrı-ayrılıqda dinləyir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan hər biri ayrı-ayrılıqda məhkəmə iclasının davam etdirilməsini xahiş etdiyini bildirdilər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: - Səlahiyyətli orqanın nümayəndəsinin olmadan məhkəmə icası davam etdirilsin. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçıdan azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Təhməzov Nihad İlham oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsə onun İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən zərərçəkmiş şəxsə izahat verməyi təklif edir. Zərərçəkmiş şəxs X2 izahatı: - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığımı, ona qarşı heç bir şikayət və tələbim olmadığımı, mənə dəymiş zərərin tam ödənildiyini qeyd etmişəm və buna görə də ona yüngül cəza tətbiq edilməsini xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - Özümü təqsirli bilib əməlimdən peşmançılıq çəkdiyimi, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığımı, onlara dəymiş ziyanı tam olaraq ödədiyimi bildirərək, barəmdə yüngül cəzanın tətbiq edilməsini xahiş edirəm. Sual daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçısına söz verir. Zərərçəkmiş şəxs X4: - Hörmətli hakim! Barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: - Hörmətli hakim! Barəmdə yüngül cəzanın tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:10-da bağlı elan olunur. Protokol 21 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(003)-1922/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1922/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver