Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1924/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlu barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, 07 dekabr 2022-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində Xəzər RPİ DYPŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində inzibati ərazidə xidmət aparan Xəzər RPİ DYPŞ-nin Yol Patrul xidməti əməkdaşları “VAZ 2106” markalı, “**-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri vermiş, lakin sürücü qanuni tələblərə tabe olmayaraq Mərdəkan prospektindən Atçılıq qəsəbəsinə daxil olaraq orada saxlamış və avtomobildən düşərək Yol Patrul xidməti əməkdaşları ilə mübahisə edərək həmin avtomobilə əyləşib uzaqlaşmışdır. Bu barədə Xəzər RPİ DYPŞ-nin Yol Patrul xidməti əməkdaşları Xəzər RPİ 2-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırova raportla müraciət edərək vətəndaşın barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Şəxs Xəzər RPİ 2-ci PŞ-nə gətirilmişdir. 2-ci PŞ-də həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində inzibati ərazidə xidmət aparan zaman “VAZ 2106” markalı, “**-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri vermiş, lakin sürücü tabe olmayaraq hərəkətini davam etdirərək Mərdəkan prospektindən Atçılıq qəsəbəsinə daxil olaraq avtomobili orada saxlamış, bir qədər sonra avtomobili saxlayıb düşərək mübahisə etmiş və avtomobilə əyləşərək uzaqlaşmışdır. Bu barədə o və ekipaj üzvü Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 RPİ 2-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırova raportla müraciət edərək vətəndaşın barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid kimi Xəzər rayon Polis İdarəsinin Dövlət X13 yolpatrul xidməti inspektoru, polis baş serjantı X5 da şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli AZA 011847 tutma haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdə saat 22:30-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1994cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2022-ci il tarixdə saat 22:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1924/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1924/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver