Məhkəmə qərarları › İş №3(003)-1925/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1925/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1925/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1740/2019 saylı, xx.xx.2019-cu il, 2(003)-1719/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(003)-1891/2020 saylı, xx.xx.2020ci il icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 protokolda göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 354 manat pul tutularaq "xxxx" MMC-nin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2908 manat tutularaq "xxxx" MMC-nin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 384 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə Xəzər Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Bundan əlavə sözü gedən icra sənədləri xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. İcraata başlamaq haqqında qərarlar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir.İcra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu Şəxs barəsində müxtəlif orqanlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Borclu ilə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun icradan qərəzli şəkildə yayınması nəticəsində icra sənədinin təmin edilməsi mümkün olmadığından barəsində Xəzər Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən axtarış elan edilmişdir. İcra məmuru M.Abbasov tərəfindən tərtib olunmuş protokolu müdafiə edərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, bu günədək heç yerdə işləmədiyindən və tələbkarlar pulunu tam şəkildə tələb etdiyindən borcunu ödəyə bilməmişdir. Hazırda 3 icra vərəqəsi üzrə ümumi borcundan 394 manat ödəniş etdiyini, növbəti aylarda aylıq olaraq ödəniş edəcəyini, qeyd edərək tələbkarlara olan borcunu tam ödəyəcəkdir. İcra sənədinin icrasından qərəzli yayınmamışdır. Bu səbəbdən də o, məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, barəsində İXH protokol tərtib olunan şəxsi və işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1740/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 354 manat pul tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2908 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 384 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1740/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-cü il tarixlərdə Xəzər Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli xx.xx.2021-ci il tarixlərdə Xəzər Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədləri xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. "xxxx" MMC-nin ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs borcundan xx.xx.2024-cü il tarixdə 100 ( yüz) manat ödəniş etmişdir. MPAY ödəniş qəbzinin surətindən görünür ki, Şəxs Sky Elektroniks MMC-yə olan borcundan xx.xx.2024-cü il tarixdə 90 (doxsan) manat ödəniş edilmişdir. Dost Tech MMC-yə ödənilmiş qəbzin surətindən görünür ki, Şəxs borcundan xx.xx.2024-cü il tarixdə 204 (iki yüz dörd) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə olan aliment borcundan ödənişlər etmişdir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1740/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 354 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli olan icra vərəqəsi üzrə xx.xx.2024-cü il tarixdə 204 (iki yüz dörd) manat ödəniş edərək icra vərəqəsi üzrə olan borcunu tam şəkildə bağlamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1891/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2908 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli olan icra vərəqəsi üzrə 90 (doxsan) manat ödəniş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1719/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 384 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli olan icra vərəqəsi üzrə 100 (yüz) manat ödəniş etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs qızının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından 18 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar