Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1931/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin (bundan sonra mətndə Bakı Regional Bölmə) nümayəndəsi X2 iştirakı ilə, Şəxs (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 233.1, 264.0.1 və 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Regional Bölmədən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı Regional Bölmə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Donuz kökəltmə sovxozun ərazisində fəaliyyət göstərən Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə müəssisəsnin tullantı və şirkab suları təmizlənmədən, təyinatsız olaraq quyuya, oradan isə Hövsan kanalı ilə Xəzər dənizinə axıldığı müəyyən edilmişdir. Nətcədə Şəxs MMC barəsində İXM-in 233.1, 264.0.1 və 262.2.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq protokola əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmədən nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Regional Bölməsinin nümayəndəsi bildirmişdir ki, Bakı Regional Bölmə tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin su və su təsərrüfatı obyektlərinin, habelə ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsi vəziyyətinin araşdırılması istiqamətində keçirilmiş monitorinqlər zamanı mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, istehsalat müəssisəsindən çıxan qara rəngli istehsalat tullantı suyunun müəssisədən kənarda yerləşən açıq şamboya yığılması oradan isə bilavasitə su obyektinə axıdılması müşahidə olunmuşdur. İstehsalat tullantı suyu ərazidə kəskin pis qoxu yaratdığından MMC-nin nümayəndələrinin iştirakı ilə həmin sudan və şambodan su nümunələri müvafiq aktlar tərtib olunmaqla götürülərək "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Mərkəzi Laboratoriyasına təqdim olunmuşdur. Həmçinin faktla bağlı xx.xx.2025-ci il tarixli inzibati araşdırılma aparılması barədə qərardad qəbul olunmuşdur. Aparılan araşdırılma ilə əlaqədar müvafiq sənədlərin təqdim olunması istənilsə də, "xxxx" MMC tərəfindən təqdim olunmamışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHS-in mərkəzi laboratoriyasının 08746/25 və 08747/25 saylı analiz nəticələrinin hesabatına əsasən müəssisədən axıdılan maddələrin miqdarının yol verilə bilən norma həddindən yüksək olduğu müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC İXM-nin 233.1, 264.0.1 və 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 009 nömrəli monitorinq aktından görünür ki, Bakı Regional Bölmənin 03 iyul 2025-ci il tarixli 002 nömrəli sərəncamına əsasən aparılan monitorinqlər nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Donuz kökəltmə sovxozu ərazisində yerləşən (koordinatlar:40°26'20.1"N 50°03'34.4"E) Şəxs MMC adı ilə fəaliyyət göstərən karton istehsalı müəsisəsinin sağ tərəfində, müəssisənin hasarının dibində tullantı sularının toplanması üçün nəzərdə tutulmuş açıq formada şambo olduğu müşahidə olundu. Kəskin iy-qoxu yayılan şamboya həm istehsalatda həm də məişətdə yaranmış tullantı sularının toplandığı və oradan isə nasos vasitəsilə hazırda tam dəqiqləşdirə bilinmədiyimiz xəttə vurulduğu müəyyən edildi. Monitorinq müddətində sözügedən ərazidə ADSEA balansında olan hər hansı kanalizasiya və ya su təmizləyici qurğusunun olmadığı məlum oldu. Sözügedən məsələ ilə əlaqədar “Arka" MMC-nin nümayəndəsi Rza Qədimov adlı şəxs (şəxsiyyətini təsdiq edəcək hər hansı sənəd təqdim etmədi) şifahi olaraq müəssisədə formalaşan tullantı sularının yaxınlıqdan keçən 500 mm lik kanalizasiya borusuna oradan isə Xəzər dənzinə vurulduğu bildirdi, lakin qoşulma ilə bağlı, tullantı sularının hansı formada edilməsi, təmizlənməsi və təyinatı üzrə axıdılması ilə bağlı hər hansı rəsmi sənəd təqdim etmədi. Sözügedən müəssisədə istehsalat tullantılarının axıdıldığı və şamboda formalaşan tullantı sularının tərkibinin müəyyənləşdirilməsi məqsədilə həm müəssisədə formalaşan xətdən həm də şambonun içərisindən su nümunələri götürüldü. Müvafiq tədbirlər video çəkilişlə aparıldı və nümunə götürülmə barədə 2 (iki) ədəd nümunə aktı tərtib olundu. Araşdırma müddətində qeyd olunan 500 mm-lik borunun kimin balansında olması və təyinatı ilə bağlı heç bir rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər və nümunə aktı monitorinq aktına əlavə olunmuşdur. Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000222 nömrəli aktndan görünür ki, Bakı Regional Bölmə tərəfindən xx.xx.2025-ci il tarixli 002 nömrəli sərnəcama əsasən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası Su Qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq nəzarət tədbirləri həyata keçirilir. xx.xx.2025-ci il tarixində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xəzər rayonu, Donuz kökəltmə sovxozu ərazisində yerləşən (koordinatlar:40°26'20.1"N 50°03'34.4"E) Şəxs MMC adı ilə fəaliyyət göstərən karton istehsalı müəsisəsinin yaxınlığında açıq formada mövcud olan şamboya həm istehsalatda, həm də məişətdə yaranmış tullantı sularının axıdıldığı və oradan da nasos vasitəsilə boru xəttə vurulduğu, oradan isə Hövsan kanalına axıdıldığı müəyyən edilmişdir. Monitorinq müddətində sözügedən ərazidə ADSEA balansında olan hər hansı kanalizasiya və ya su təmizləyici qurğusunun olmadığı məlum olmuşdur. Sözügedən müəssisədə yaranan və şamboda formalaşan, axıdılan suyun tərkibinin müəyyənləşdirilməsi məqsədilə iki nöqtədən (müəssisədə formalaşan və şamboda formalaşan) sudan nümunələr götürülmüşdür. Məsələ ilə əlaqədar Şəxs MMCnin nümayəndəsi Rza Qədimov adlı şəxs şifahi olaraq müəssiədə formalaşan tullantı sularının yaxınlıqdan keçən 500 mm lik boruya vurulduğunu, həmin borunun Azərbaycan Hava yollarına məxsus olduğu bildirmiş, lakin qoşulma ilə bağlı, həmçinin tullantı sularının qanunamüvafiq edilməsi, təmizlənməsi və təyinatı üzrə axıdılması ilə bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Araşdırma müddətində qeyd olunan 500 mm-lik borunun kimin balansında olması və təyinatı ilə bağlı heç bir rəsmi məlumat əldə etmək mümkün olmamışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Mərkəzi Labaratoriyasında aparılan və əldə edilən analiz təhlillərinin nəticəsində götürülmüş su nümunələrində bəzi parametrlərin (Ammonium azotun, Xloridin və Sulfat ionun) miqdarı yol verilen normativlərdən çox olduğu müəyyən edilmişdir. Araşdırma ilə əlaqədar Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-53-1/xx-xx/2025 nömrəli dəvət məktubu ünvanlanmış və araşdırmaya dair sənədlərin təqdim edilməsi qeyd edilmiş, lakin MMC tərəfindən dəvət məktubuna rəsmi cavab verilməmiş və heç bir sənəd təqdim edilməmişdir. "xxxx" MMC-nin nümayəndəsi X6 ilə (tel:+994 50-388- 95-92) xx.xx.2025-ci il tarixində təkrar əlaqə saxlanılaraq xx.xx.2025-ci il tarixində "xxxx" MMC barəsində tərtib ediləcək akta iştirakla bağlı məlumat verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının "Su Məcəlləsi"nin 45, 77, 78, 81, 84, 94, 95 və 103- cü maddələrinin, “X10 X8” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin, Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın müvafiq maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər və videogörüntülər akta əlavə olunmuşdur. İXM-nin nüddəalarına görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (İXM-nin 34.2-ci maddəsi). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (İXM-nin 34.3-cü maddəsi). Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir (İXM-nin 233.1-ci maddəsi). Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir (İXM-nin 264.0.1-ci maddəsi). İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir (İXM-nin 262.2.3-cü maddəsi). Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 233.1, 264.0.1 və 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Bakı Regional Bölmə tərəfindən tərtib edilmiş aktlarla, həmin aktlara əlavə edilmiş video və foto görüntülərlə tam sübuta yetirildiyindən, Şəxs MMC həmin maddələrlə təqsirli bilinərək daha ciddi xətaya görə cəza müəyyən edilmiş İXM-nin 233.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs MMC İXM-in 233.1, 264.0.1 və 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10.500 (on min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(003)-1931/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1931/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver