Məhkəmə qərarları › İş №3(003)-1933/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1933/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1933/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Pirallahı A.S.Bağırov küçəsi ev 2A mənzil 45-də yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu barədə Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmənin 11 avqust 2023-cü il tarixli baxış iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş aidiyyət qaydalarına riayət edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər. İş materiallarında olan 18 may 2023-cü il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Bakı şəhəri Pirallahı A.S.Bağırov küçəsi ev 2A mənzil 45-də qeydiyyatdadır və orada yaşayır. Göründüyü kimi, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yerin məhkəməsinə verilməmişdir. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yerin məhkəməsinə verilmədiyindən, aidiyyət qaydalarının pozuntusunun aradan qaldlırılması məqsədilə həmin iş aidiyyəti üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Pirallahı A. S.Bağırov küçəsi ev 2A mənzil 45-də yaşayan Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 3(003)-1933/2023 saylı iş aidiyyəti üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar