Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1934/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq YYM ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon DYPİ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 08 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il il tarixdə Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni massiv ərazisində sürücü Şəxs idarə etdiyi “Vaz 21074” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü X1 idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Vaz 21074” markalı avtomobilin sərnişini 2019-cu il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X6 bədən xəsarəti almışdır. Bakı şəhər Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 17 iyul 2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalılıq” massivinin daxili istiqamətindən, FHN-nin Yanğından Mühafizə İdarəsi istiqamətində gedən iki istiqamətli, istiqamətləri bir xətt ayıran mailli yolda saatda təxminən 40-50 km sürətlə hərəkət edib, qarşıda sola maillənmiş yolu keçən zaman qarşıda yolun əks istiqamətində yüksək sürətlə hərəkət edən sonradan markasının “Chevrolet Cobalt” olduğunu bildiyi avtomobil, Şəxs hərəkət zolağına daxil olduğunu görüb, idarə etdiyi avtomobili bir qədər sağa doğru yönəltsə də, “Chevrolet Cobalt” markalı avtomobilin arxa sol qanadının arxa sol qanadının yan tərəfi, ona məxsus avtomobilin sol tərəfinə çırpılmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı avtomobildə olan 2019-cu il təvəllüdlü oğlu Azər Qəribov və 2018-ci il təvəllüdlü qızı Aylin Qəribova bədən xəsarəti almışlar. Məhkəmə-avtotexniki ekspertizasının rəyindən görünür ki, X3 ilə yanaşı Şəxs da “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə tibbi ekspertizasının 30 aprel tarixli 387 nömrəli və 02 may tarixli 392 nömrəli rəylərindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı 2019-cu il təvəllüdlü X9 və 2018-ci il təvəllüdlü X6 yüngül dərəcəli bədən xəsarəti almışlar. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, məhkəmə-avtotexniki və məhkəmə-tibbi ekspertizalarının rəyləri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə təsdiq edilmişdir, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb toplanmış materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmaqla İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(003)-1934/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1934/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver