Məhkəmə qərarları › İş №3(003)-194/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-194/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-194/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əjdər oğlunun iştirakı ilə 27 sentyabr 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 3 uşağı olan, heç yerdə işləməyən və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, ev 22-də qeydiyyatda olan və yaşayan Şəxs Əjdər oğlunun haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin tərəfindən tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Abasov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq Şəxs Əjdər oğlundan xx.xx.1999-cu il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi 351 manat məbləğində aliment tutularaq X2 verilməlidir. xx.xx.2016-cı ildə icra sənədinin icraata başlanması barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyimə görə onun barəsində bir neçə dəfə məcburi gətirilmə barədə qərarlar qəbul olunmuşdur.Eyni zamanda borclu Şəxs alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş və o, inzibati qaydada həbs olunmuşdur. Şəxs xx.xx.2017-ci ildə 100 manat ödəniş etmişdir, bundan sonra heç bir ödəniş etməmişdir.Hazırda onun borcu 12770 manat təşkil edir.Borclu Şəxs bu gün saat 10:30-da İcra şöbəsinə gəlmişdir.Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs Əjdər oğlu göstərdi ki, qətnamə çıxarılan zaman o, cəza çəkmiş və 2017-ci ilin fevra ayında cəzsını çəkib qutarmışdır. Əvvəllər məhkum olduğuna görə özünə heç bir yerdə iş tapa bilmir. İşsiz olduğundan və maddi imkanı ağır olduğundan o, aliment borcunu ödəyə bilməmişdir. O, cəzadan boyun qaçırtmır, işlədiyi təqdirdə aliment borcunu ödəyəcəkdir.Məhkəmədən ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Əjdər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, xx.xx.2016-cı il tarixdən başlayaraq Şəxs Əjdər oğlundan xx.xx.1999-cu il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi 351 manat məbləğində aliment tutularaq X2 verilməlidir. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlardan görünür ki, Şəxs Əjdər oğlunun barəsində məcburi gətirilmə haqqında qərarlar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəxs Əjdər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətə inzibati həbs olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Əjdər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətə inzibati həbs olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdən sonra heç bir ödəniş etməmişdir və hazırda onun borcu 12770 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 10:30-da İcra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əjdər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən, saat 10:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar