Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1942/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Xəzər RPİ 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 iyul 2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elçin Kərimovun 18 iyul 2024-cü il tarixli qərarı ilə X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş və X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün onun barəsində inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. 27 iyul 2024-cü il tarixdə Xəzər RPİ 1ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Pərvin Aslanov tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, 27 iyul 2024-cü il tarixli qərara əsasən A.Hacıyeva 500 manat məbləğində cərimə edilmişdir. 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun qərarı ilə cinayət işi başlanılmasının rədd edilməsi haqqında Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elçin Kərimovun 18 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırılmanın aparılması üçün Xəzər RPİ 1-ci Polis Şöbəsinə göndərilmişdir. 20 avqust 2024-cü il tarixdə Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elçin Kərimov tərəfindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsinin qeyd edildiyi Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elçin Kərimovun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 18 iyul 2024-cü il tarixli qərarı prosessual rəhbərliyi həyata keçirən prokurorun 15 avqust 2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Xəzər RPİ 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elçin Kərimovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul etdiyi 20 avqust 2024-cü il tarixli növbəti qərarda isə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qeyd edilməmişdir. Bu səbəbdən hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayətə məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur və hazırkı şikayətə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Xəzər RPİ 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 27 iyul 2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1942/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1942/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver