Məhkəmə qərarları › İş №3(003)-1954/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1954/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1954/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında “Tufan" markalı mopedin ona məxsus olduğunu, mopedin idarə olunması üçün sürücülük vəsiqəsi tələb olunmadığını və mopedə qeydiyyat nişanı verilmədiyini, xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində idarə etdiyi gücü 49 kub olan “Tufan” markalı moped ilə Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, Zirə qəsəbəsinin daxili istiqamətindən, Zirə qəsəbəsi, Dəniz kənarı “Bağlar" massivi istiqamətində gedən iki istiqamətli, istiqamətləri 1 xətt ayıran yolda təxminən saatda 50 km sürətlə hərəkət edən zaman yolun əks istqamətindən hərəkət edən sonradan markasının “Mitsubishi" olduğunu bildiyi avtomobil yolda olan düz xəttin üzrərindən dönmə manevri edərək onun moped ilə hərəkətdə olduğu zolağa daxil olmuş, məsafə yaxın olduğundan o, idarə etdiyi mopedin əyləcindən istifadə etsə də, idarə etdiyi mopedin qabaq tərəfi “Mitsubishi” markalı atomobilin sağ tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş verdiyini, hadisə zamanı o və mopedin arxa oturacağında əyləşmiş tanışı Müseyibin bədən xəsarətləri aldıqlarını bildirərək, hadisədən sonra “Mitsubishi” markalı atomobilin sürücüsü Ələddinin tanışı hadisə yerinə gəlib ona mopedin təmiri üçün 500 manat pul vermiş, bu səbəbdən də o və Müseyib X3ndə Müseyibin yıxılaraq xəsarət aldığını bildirmiş, yenidən pul lazım olduğu üçün o Ələddinə zəng edib pul istəmiş, lakin Ələddin pul verməkdən imtina etmişdir. Hadisə zamanı o, bədənindən yüngül xəsarət almışdır. Şəxs ona kömək edəyəcəyinə söz verəsədə heç bir kömək etməmişdir. Ona görə də o, şikayətçidir və Şəxs ona dəymiş ziyanı tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq səhəti ilə bağlı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məsələyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və digər zərərçəkmiş şəxs inzibati xəta məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, digər zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mitsubishi” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi məqsədilə qərarın surəti Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs idarə etdiyi "Mitsubishi” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi 49 kub olan “Tufan” markalı moped ilə toqquşması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi zamanı bədən xəsarəti almaları ilə bağlı şikayət ərizələri ilə Xəzər RPl-nə müraciət edərək “Mitsubishi” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdiyini bildirmişdilər. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1052 nömrəli ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol ayağın əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ açıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X3” X4 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və drəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına əbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1053 nömrəli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol əlin, sol bazunun əzilmiş yaralan, sol bazunun sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X5" X4 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməməsini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar