Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1956/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal 1-ci küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs 09 dekabr 2022-ci il tarixdə Xəzər RPİ-nin inzibati ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Xətai rayonunda yerləşən maşın bazarında olarkən polis əməkdaşları onu axtarışda olduğuna görə Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmiş və onu oraya avtomaşınla aparmışlar. Şöbəyə çatandan sonra və avtomobildən düşərkən məsuliyyətdən yayınmaq istədiyinə görə qaçmağa cəhd etmişdir. Lakin polis əməkdaşları onu saxladıqda o, buna öz etirazını bildirmişdir. Bundan sonra o, polis şöbəsinin inzibati binasında o, qanunsuz saxlanıldığına görə öz etirazını bildirmişdir. Məhkəmədən ona cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindiilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Xəzər Rayon Məhkəməsinin Şəxs barəsində axtarış elan edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı icra edilən zaman Şəxs Xətai rayonu ərazisində yerləşən maşın bazarında saxlanılmış və Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. Şöbəyə çatandan sonra və avtomobildən düşərkən Şəxs qaçmağa cəhd etmişdir. Lakin o, digər polis əməkdaşları ilə birlikdə onu tutmuşlar. Şəxs onlara qanunsuz saxlanıldığını bildirərək səs-küy salmışdır. Bundan sonra o, şöbəyə gətirilmiş və orada da öz əməllərini davam etdirərək səs-küy salmaqla öz etirazını bildirmişdir. Şəxs bir neçə dəfə nizam-intizama dəvət olunmasına baxmayaraq öz əməllərini davam etdirmişdir. Bununla da o, öz əməlləri ilə bir neçə dəqiqə şöbənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindiilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X4 şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs Xəzər rayon 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən və şöbənin inzibati binasında səs-küy salaraq saxlanılması ilə bağlı etirazını bildirmişdir. Polis əməkdaşları onu bir neçə dəfə nizamintizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, cinayət işi üzrə axtarışda olmasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 09 dekabr 2022-ci il saat 15:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1956/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1956/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver