Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-196/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X1, xx xxxxxx 1984-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Tərtər şəhəri, Nizami küçəsi, ev 30-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında X2 döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Anar Hacıyev tərəfindən 05 yanvar 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur Həmin qərar əsasında Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Nicat Əsədzadə tərəfindən protokol tərtib edilmiş və iş materialı baxılması üçün 28 yanvar 2022-ci il tarixli qərardadla məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, fəhləlik etməklə ailəsini dolandırır və təxminən ayda 500 manat gəlir əldə edir. Tanışı Vüsal ona müəssisə açmağı təklif etmiş, o da bu barədə Tamerlana bildirmişdir. Bu işin görülməsi üçün Vüsal ona 250 manat pul vermişdir. Bundan sonra, Tamerlan öz adına iki müəssisə açmış, o da bu işin görülməsi üçün Tamerlana 200 manat pul vermişdir. Daha sonra, Tamerlan həmin müəssisəsləri bağlmaq qərarına gəlmişdir. Bu səbəbdən onlar xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Qala qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında görüşmüşlər. O, Tamerlana bildirmişdir ki, verilən pulları geri qaytaracağı halda müəssisələrin sənədlərini ona verəcəkdir. Bu səbəbdən, onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı o, Tamerlanı vurmamış, sadəcə olaraq onlar süpürləşmişlər. Anasının 1-ci qrup əlil olmasını, himayəsində anasının, 2 azyaşlı uşağının, arvadının və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs ƏlizadəTamerlan Nazim oğlu göstərdi ki, fəhləlik etməklə ailəsini dolandırır. Özünü “Vüsal” kimi təqdim edən Dərgah ona bir müəssisənin açılmasını təklif etmişdir. Lakin faktiki olaraq o, iki müəssisə açmış və Dərgah ona cəmi 150 manat pul vermişdir. Sonradan o, müəssisələrin bağlanmasını qərara almışdır. Bu səbəbdən onlar xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Qala qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında görüşmüşlər. Söhbət zamanı Dərgah onunla mübahisə etmiş, burun, baş nahiyyəsindən bir neçə zərbələr vuraraq onu döymüşdür. Dərgaha ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 1581 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, T.N.Əlizadənin bədənində aşkar edilmiş xəsarət – təpə nahiyyəsinin səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, fərdi əməklə məşğul olmasını, məsuliyyətini yüngülləşdirən halları, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilərək cəmiyyətdən təcrid olunması məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-196/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-196/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver