Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-196/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X5 Karxanası küçəsi, ev 150 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X2 törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilməmiş və izahatında bildirmişdir ki, avtomobilini idarə edərkən saxlanılmış, ondan içkili olubolmaması soruşulmuş, onun alkotesterdən müayinədən keçmiş, nəticədə içkili olmasını müəyyən edilmişdir. Halbuki, onlara bildirmişdir ki, axşam bir bakal piyvə içmişdir. Polis əməkdaşı isə 13:04-də saxlamışdır. 14:12-də həkim müayinəsindən keçmiş, sərxoş olmaması müəyyən edilmişdir. Protokodakı yazı və imza ona məxsusdur. Ancaq onu yazdıran zaman aldatmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 12:04-də “Mercedes Benz E200” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək X2 tərəfindən Azərbaycan Respupblikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - xx.xx.2025-ci il tarixli, ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, X2 alkoqol sərxoşluğu müəyyən edilmiş, sonuncu “müayinə zamanı 03 promil göstərici ilə tanış olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürmərəm, peşmanam, həkimə ehtiyac yoxdur” qeydini yazmışdır. İş araşdırılmış halları ilə müəyyən edilir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 12:04 radələrində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu hal iş materialları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə, hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən düzgün olaraq X1 əməlini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-196/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-196/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver