Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1960/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Ramilə Xəzri Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinin sahə inspektoru Emin Abbasovun, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 13 sentyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu, Almas İldırım küçəsində, yüksək səslə qeyri-etik ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu, Almas İldırım küçəsində polis əməkdaşlarının qanuni tələbini pozmuşdur.Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə küçədə gedərkən polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etmədən onun qolundan tutub kənara çəkərkən onlara etirazını bildirərək, nə səbəbdən onun qolundan tutub kənara çəkməsini soruşmuş, aralarında sözlü mübahisə və balaca dartışmaq baş vermişdir. Polis əməkdaşlarının xidməti vəsiqəsini gördükdən sonra onlara tabe olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi Emin Abbasov izahatında göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə həmin ərazidə bir nəfər şəxsin uca səslə nalayiq söyüşlər söydüyünü görmüşlər, nizam intizama dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 13:00-da tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs ictimai asayışı pozaraq polis əməkdaşlarına qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-cü Polis Şöbəsinin rəisi Habil Həsənova ünvanlanmış raportdan görünür ki, 26 sentyabr 2024-cü il tarixdə Şəxs uca səslə nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 535.1 və 510-cu maddələrinin tərtkibi yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati materialda olan digər sənədlərdən görünür ki, Şəxs zərərçəkmiş şəxs X1 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr səsləndirməsi, onu hədələməsi və bununlada onun şərəf və ləyaqətini alçaltması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1960/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1960/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver