Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1961/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin müdafiəçisi – “Ekol” Vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Salyan rayonunun, Yenikənd kəndində doğulmuş, evli, "xxxx" MMC-də satıcı-kassir vəzifəsində işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X8 izahatında bildirdi ki, cinayət işinin rədd edilməsi haqqında təhqiqatçının qərarı əsasında tərəflərin izahatını almış və Şəxs əməlində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs "xxxx"də əşya almış və aldığı əşyanı qaytaran zaman Şəxs ilə aralarında mübahisə yaranmışdır. Şəxs izahatında zərərçəkmiş şəxsə xəsarət yetirməsini etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun işlədiyi mağazadan əşya almış, lakin evdə bildirmişdir ki, səhv əşya almış, qaz balonu almışdır. Həmin əşyanı gətirib qaytarmış, qaytardığı vaxtı isə sərt, aqresiv şəkildə kassanın yanına qoymuş və lazım olan əşyanı götürüb mağazadan çıxmaq istəmişdir. Bu zaman o, götürdüyü əşyanı kassaya vurulmalı olduğunu bildirmiş və əvvəl götürdüyü əşyanın qəbzini istəmişdir. Zərərçəkmiş şəxs aqresiv şəkildə gözləyə bilməyəcəyini bildirmiş və onu ağır sözlərlə təhqir etməyə başlamışdır. Bundan sonra o, kassadan ayrılaraq depoya tərəf getmiş, iş yoldaşı Nişanə isə kassanın yanında daaynmışdır. Bu zaman Nişanənin ona “qaç, gəldi” sözlərini dediyini eşitmişdir. Zərərçəkmiş şəxs yaxınlaşaraq ona əl ətmiş, təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs ona əl atdığından onu itələmişdir. Zərərçəkmiş şəxs ona yenidən yumruq atmış, yumruq oraya gələn iş yoldaşının boğazından dəymişdir. Hadisə görüntüləri videodada qeydə alınmışdır. Bundan sonra Zərərçəkmiş şəxs özünü yerə yıxmış, səs-küy etməyə başlamışdır. Daha sonra müdirləri gəlmiş, hadisəni araşdırmışdır. Daha sonra yaşlı xanım olduğundan müdiri ondan üzür istəməsini xahiş etmişdir. Günahı olmasa da dəfələrlə üzür istəmişdir. Lakin Zərərçəkmiş şəxs onun işdən çıxmasını tələb etmiş, müdirinə onun mağazada işləməyə davam edəcəyi halda özünü yandıracağını bildirmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs onun boğazından tutanda o, özünü müdafiə etmək üçün onun boğazından itələmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, mağazadan istiot almış, həmçinin milçək dərmanı almışdır. Milçək dərmanın əvəzinə ona qaz balonu verilmişdir. Evə gəlib dərmanı səpəndə müəyyən etmişlər ki, bu qaz balonudur. Qaz balonunu dəyişdirmək üçün mağazaya gəlmiş, həmin zaman Şəxs ondan qəbz istəmişdir. O da onda qəbzin olmadığını bildirmişdir. Bundan sonra Şəxs onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs ona “əynində forma olmasaydı sənin nəslini sildirərədim” demişdir. Bu sözləri dedikdən sonra Şəxs başqa yerə keçmiş, o da onun arxası ilə getmişdir. Əli ilə Şəxs üzündən tutmuş və ona “üzündə həya var, bu qədər kişinin içində məni təhqir edirsən” dedikdən sonra Şəxs onun boğazından tutaraq itələmişdir. Daha sonra o, yerə yıxılaraq 1 saat yerdə qalmışdır. Şəxs onu vurması yadında deyil, lakin Şəxs onu boğazını cırmışdır. İzahatında həmçinin bildirdi ki, Şəxs üzərinə qaçması, Ayçin tərəfindən təhqir olunması səbəbindən olmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində “Oba” marketdə X3 döyərək dərəcə təyin olunmayan xəsarət yetirməsi səbəbindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. -cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, onun əməlində Azərbaycan İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddənin tələbinə əsasən inziabti qaydada tədbir görülməsi qərara alınmışdır. - “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin 768 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1969-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasına tədqiq edilmiş 1 ədəd CD diskdə olan 2 ədəd videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs, mağazadan küçəyə çıxarkən geri qayıdaraq əlindəki əşyanı kassa aparatının yanında dayanan Şəxs verir. Bundan sonra onlar arasında az müddətdə sözlə mübahisə edilir və Şəxs oradan uzaqlaşaraq mağazanın içərisində hərəkət edir. Bu zaman Aslanova X2 Ayçin Ramiz qızının arxası ilə qaçaraq onun yanağından əli ilə tutur. Bundan sonra Şəxs Zərərçəkmiş şəxs əli ilə boynundan itələyir. Aslanova X2 Ayçin Ramiz qızının üzərinə təkrar getdikdə yaxında dayanan bir qadın cinsli şəxs onların arasına girərək ayırır. Bundan sonra Zərərçəkmiş şəxs əlində olan telefona baxır və qəfildən yerə yıxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “OBA” marketdə Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs arasında mübahisə yaranmış və bu zaman Aslanova X2 Ayçin Ramiz qızının üzərinə gedərək onun yanağından tutur və bundan sonra sonuncu Zərərçəkmiş şəxs əli ilə boynundan itələmişdir. İş üzrə keçirilmiş ekspert rəyindən isə görünür ki, Zərərçəkmiş şəxs boynundan sıyrıq xəsarətləri almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırda inzibati xəta haqqında protokolda Şəxs Zərərçəkmiş şəxs döyməsi halı göstərilsədə bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasındada araşdırılmış hallardanda bu hal müəyyən edilməmişdir. Məhkəmə, işin müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs tərəfindən nə döymə, nə də qəsdən zorakı hərəkətlərlə Zərərçəkmiş şəxs fiziki ağrı yetirmək kimi hallar mövcud olmamışdır. Belə ki, iş materiallarında olan video görüntüdən də görünür ki, Zərərçəkmiş şəxs Şəxs arxası ilə qaçaraq onun sifətindən tutur, Şəxs isə özünü müdafiə etmək üçün onun boğazından tutaraq kənara itələyir. Daha sonra Zərərçəkmiş şəxs yenidən Şəxs üzərində hücum etmək istəyərkən orada olan bir nəfər qadın onları aralaşdırır. Göründüyü kimi Şəxs qəsdi döymə və sair zorakı hərəkətlərlə qəsdən Zərərçəkmiş şəxs fiziki ağrı yetirməyə deyil, məhz özünü müdafiə etməyə yönəlmiş, belə bir vəziyyətdə isə onun İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1961/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1961/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver