Məhkəmə qərarları › İş №3(003)-1963/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1963/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1963/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs 15 mart 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2923/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2923/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə 5674 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 09 yanvar 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adında avtomobil olduğu müəyyən olunmuşdur. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 24 oktyabr 2022-ci il tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. Borclu tələbkara olan borcundan hal-hazıradək heç bir ödəniş etməmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, dəfələrlə Xəzər rayon İcra şöbəsində olmuş və borcu birdəfəlik ödəmək imkanı olmadığını, hissə-hissə ödəniş etmək istədiyini bildirmişdir. Lakin ondan pulun tam olaraq ödənilməsi tələb olunmuşdur. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış və axtarışda olmasını bilməmişdir. Mülkiyyətində olan avtomobili satmış və bu günki gün borcu hissə-hissə ödəməkdən yayınmır. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2923/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə 5674 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, icra işində borclu Şəxs ünvanlanmış icaata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş olsa da, həmin qərarın və bildirişin göndərilməsini, qərarın və bildirişin borcluya çatdırılmasını, çatdırılmadığı halda səbəbini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Həmçinin borclunun mülkiyyətində avtomobil olduğu müəyyən olunmasına baxmayaraq həmin əmlakın üzərinə həbs qoyularaq tələb həmin əmlaka yönəldilməmişdir. Bundan başqa borclunun yalnız 13 dekabr 2022-ci il tarixdə axtarış nəticəsində gətirildikdən sonra izahatı alınmışdır. Bu isə onu göstərir ki, borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2923/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Ona görə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar