Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1963/2024 28.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 24 sentyabr 2024 və 26 sentyabr 2024-cü il tarixlərdə X3 telefon vasitəsi ilə zəng edərək ona qarşı nalayiq ifadələr işlətmiş və 27 sentyabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin sahə rəisi X6 protokola uyğun çıxış edərək qeyd etmişdir ki, Şəxs barəsində 19 sentyabr tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs X1 şikayəti əsasında araşdırılma aparılmış və proses iştirakçılarının izahatı alınmışdır. Son olaraq tətib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında X4 iki aya yaxındır ki, tanıdığını aralarında xoş münasibətləri olduğunu bildirmişdir. Daha sonra isə aralarında tez-tez mübahisələr baş vermiş, ona qarşı təhqir edici ifadələr işlətməmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə əsəbi olduğundan tabe olmadığını hal-hazırdada əməlindən peşiman olduğunu qeyd edərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək Şəxs 3 ay müddətdir ki, tanıdığını, tanıdığı vaxtdan bugünədək mütəmadi olaraq onu narahat etdiyini, onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. O dəfələrlə 102 Xidmətinə bu barədə məlumat vermişdir. Onun şərəf və ləyaqətini alçaldaraq, ünvanına böhtan dolu ifadələr işlədir. Onun işlədiyini ünvana gəlib, onu rəzil edəcəyini bildirir və hədələyir. Onun dinc yaşamağına maneçiliklər törədir, onun nəticəsində Yelena həm işindən çıxarılıb, həm də kirayədə qaldığı yerdən qovulub. Bundan öncə Orxana 7 gün həbs verilmişdir. Bu müddət ərzində Orxan hər gün ona gizli nömrələrdən zəng etmişdir. Artıq bu şeylərə dözmək mümkün deyil, ona görədə müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət etmiş və Orxanın barəsində tədbir görülüməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili X5 izahatında bildirmişdir ki, X1 şikayəti əsasında onlar inzibati həbs olunanların müvəqqəti saxlama yerinin qarşısında Şəxs yaxınlaşıb onlara birlikdə polis bölməsinə getməsini bildirdikdə o, tabesizlik göstərərk onlarla heç bir yerə getməyəcəyini bildirərək polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən raportal Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinə məruzə edildi. Nəticədə Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, Şəxs X4 təhqir edərək xırda xuliqanlıq və polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 sentyabr 2024-ci il tarixdə saat 18:15-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək ona 07 (yeddi) gün müddətində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı, iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 27 sentyabr 2024-cü il tarixdə polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı, iş materiallarında olan digər sənədlərdən görünür ki, Şəxs zərərçəkmiş şəxs Yelena Quliyevanın ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr səsləndirməsi, onu hədələməsi və bununlada onun şərəf və ləyaqətini alçaltması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Ağırlaşdıran hal kimi isə Şəxs son bir ay ərzində barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təkrarən protokol tərtib edilib məhkəməyə gətirməsi müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 sentyabr 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1963/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1963/2024
28.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver