Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1964/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ seriyalı xx.xx.2024-cü il tarixli 22020438, 22020445, 22020447, 22020456 nömrəli, xx.xx.2024-cü il tarixli 22132373 nömrəli, xx.xx.2024-cü il tarixli 22156736 nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarların ləğv olunması və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi varədə qərar qəbul edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İş materiallarında olan inzibati xəta haqqında qərarlardan görünür ki, X2 barəsində ayrı ayrı vaxtlarında yolda müəyyən edilmiş hərəkət qaydalarını pozmuş və bununlada Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ seriyalı xx.xx.2024-cü il tarixli 22020438, 22020445, 22020447, 22020456, xx.xx.2024cü il tarixli 22132373, xx.xx.2024-cü il tarixli 22156736 və xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarlar tərtib edilmişdir. İnzibati xəta haqqında protokollardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında EQ seriyalı xx.xx.2024-cü il tarixli 22020438, 22020445, 22020447, 22020456, xx.xx.2024-cü il tarixli 22132373, xx.xx.2024-cü il tarixli 22156736 və xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarların ləğv olunması və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi varədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta materialını araşdırıb, EQ seriyalı xx.xx.2024-cü il tarixli 22020438, 22020445, 22020447, 22020456, xx.xx.2024-cü il tarixli 22132373, xx.xx.2024cü il tarixli 22156736 və xx.xx.2024-cü il tarixli ******* nmrəli inzibati xəta haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir protokola münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə protokoldan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edir ki, inzibati xəta haqqında protokollardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: EQ seriyalı xx.xx.2024-cü il tarixli 22020438, 22020445, 22020447, 22020456, xx.xx.2024-cü il tarixli 22132373, xx.xx.2024-cü il tarixli 22156736 və xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarların ləğv olunması və barədə qərar qəbul edilməsini və və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi varədə qərar qəbul edilməsi barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın və şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1964/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1964/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver