Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1964/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs, onun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, Azertrans MMC-də şöbə rəisi vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahə № 3/332 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hal-hazırda Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək xx.xx.2025-ci il tarix saat təxminən 20 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evin qarşısında atası Şəxs əlində olan bıçaqla onun sol qol nahiyəsini cızdığını, təpiklə isə sağ ayaq nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Ərizəsinin sonunda atası Şəxs məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibatı protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarix saat təxminən 20 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evdə olan zaman çöldən siqnal səslərinin gəldiyini eşitmiş, çölə çıxdıqda əvvəllər oğlu olmuş, sonra cinsiyyətinə dəyişərək qızı olmuş Zərərçəkmiş şəxs özünə məxsus olan avtomaşınla ona məxsus olan evin qarşısında siqnal vermiş və onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Həyat yoldaşı Əhədova Mətanət evdən çölə çıxaraq Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsa da o öz hərəkələrinə davam etmiş, əli ilə həyat yoldaşı Əhədova Mətanətin sinə nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bu vaxt o, evdən çölə çıxmış, evdən çıxan zaman Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobildən bıçaq götürərək onun üzərinə hücum edən zaman o, da özünə müdafiə etmək məqsədi ilə özünə məxsus olan evin həyətində təsərüfat işləri görüdüyü bıçağı götürərək çölə çıxmışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs əlində olan bıçağı əlindən almışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs təpiklə yumruqla, təpiklə ona zərbələr endirməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmış, o, təpiklə sonuncunu vurmaq istəsədə təpik onun qol nahiyəsinə dəymişdir. Zərərçəkmiş şəxs özünə məxsus olan avtomaşına tərəfə qaçdıqda onun başı avtomaşının qapısını dəymişdir. Aralarında olan dava-dalaş zamanı bir-birni vuraraq xəsarət yetirmişlər. Sonra Zərərçəkmiş şəxs özünə məxsus olan avtomaşına əyləşib hadisə yerindən getmişdir. Bildirir ki, o, özüün müdafiə etmək üçün Zərərçəkmiş şəxs vurmuşdur. Aralarında barışıq yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarix saat təxminən 20 radələrində valideyinlərinin yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evin qarşısında atası Şəxs ilə mübahisə etmiş, nəticədə Şəxs əlində olan bıçaqla onun sol qol nahiyəsinə vuraraq xəsarət yeimiş, sonra isə təpiklə sağ ayaq nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Onunla barışımır. Onun ciddi şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs, onun vəkili X1 Vahid Nadir oğlunun ciddi şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və qərarın Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün inzibati ərazidə xidmət aparan sahə inspektoruna göndərilməsi qərara alınmışdır. -Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsindən daxil olmuş 24 iyun 2025-ci il tarixli 477 saylı məhkəmə-tibbi ekspertizanın rəyində L.V.Əhmədzadənin bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın gicgah nahiyənin hematoması, sol dirsəyin qançırı, sol və sağ dirsəyin, sağ topuğun sıyrıqları, sol əlin 2- ci barmağının səthi zəilmiş yarası, küt əşya (əşyalar); sol saidin səthi kəsilmiş yarası kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun “X10” X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs, xx.xx.2025ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Elektron Məhkəmə İnformsiya sistemində Şəxs məlumatlarından müəyyən olunur ki, o, Azertrans MMC-də şöbə rəisi vəzifəsində işləyir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Qeyd olunan hal iş materialları, həmçinin məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1964/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1964/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver