Məhkəmə qərarları › İş №3(003)-1965/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1965/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1965/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon 1-ci Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Nümayəndəsi - “De Fendo” Vəkil Bürosunun vəkili X1, Zərər çəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon 1-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər, Xəzər rayon, Mərdəkan qəsəbəsində atası X7 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon 1-ci Polis Şöbəsinin sahə inspektoru X4 bildirdi ki, Bakı şəhər Xəzər Rayon 1-ci Polis Şöbəsində aparılan araşdırmanın nəticəsinə uyğun olaraq Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərara əsasən onun və digərlərinin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarla Şəxs və X3 barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə material ayrılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək onun tərəfindən nə Vahid Əhədova, nə də ki digər şəxslərə döymə və sair zorakı hərəkətlər edilmədiyini bildirib brəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İzahatı alınmış X8 xx.xx.2025-ci il tarixldə Şəxs tərəfindən döyülməsini bildirərək onu İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə təqsirli bilib barəsində cəza təyin edilməsini xahiş etmişdir. Şəxs bir müddət əvvəl məhkəmə nəzarəti qaydasında verdiyi ərizə əsasında tərəfimdən müvafiq materiallar tələb edilərək öyrənilmişdir. Araşdırma materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında atasının yaşadığı evə gələrək X7 mübahisəyə təhrik etmiş, qarşılıqlı davadalaş nəticədə hər iki tərəf, o cümlədən X3 arvadı Mətanət Əhədova dərəcəsi təyin edilməyən xəsarətlər almışlar. Göstərilənlər araşdırma zaamanı izahatı alınmmış, hadisənin şahidi olmuş şəxslərin izahatları ilə yanaşı məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təsdiq edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs və X3 barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə iş üzrə tədqiq olunmuş halları araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, onun şəxsiyyəti, işin halları, ilk dəfə məsuliyyətə cəlb edilməsi nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar