Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1972/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. Xəzər rayon Məhkəməsinin 2(003)-3417/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1074 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin 2(003)- 1812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 2255.21 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin e-2(003)-2124/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2289 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin 2(003)- 4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 399.13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin e-2(003)-895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 684,02 manat alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin e-2(003)-1725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-12902 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti tutularaq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş üzrə əvvəllərdə icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən Şəxs məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Alimentlə bağlı icra sənədi üzrə borc 4000 manat təşkil edir, digər icra sənədləri üzrə isə borcun ümumi məbləği 7521,67 manat təşkil edir. Şəxs barəsində axtarış elan edilmiş və bu gün yolda saxlanılaraq icra şöbəsinə dəvət edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan tərəfindən bu barədə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər işlədiyindən onun əmək haqqından tutulmalar aparılmış, işdən çıxdıqdan sonra ödənişlər edə bilməmişdir. Lakin imkanı olduqca xırda-xırda ödənişlər etmişdir. Aliment üzrə sonuncu dəfə 2024-cü ilin avqust ayında 150 manat ödəniş etmişdir. Həmçinin bildirdi ki, barəsində axtarış elan edilməsi barədə məlumatı olmuş, lakin tutulacağını bildiyindən icra şöbəsinə getməmişdir. Aliment üzrə ödənişlər etmiş, lakin bu barədə qəbzləri məhkəməyə təqdim edə bilmir. Hazırda yeni işə düzəlmiş və ona vaxt veriləcəyi təqdirdə ödənişlər edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, 2024-cü il ərzində cəmi 100 manat ödəniş etmişdir. Şəxs alimenti ödəməyək üçün dəfələrlə vaxt verilmiş, lakin o, heç bir ödəniş etməmişdir. Ona görə də hazırda onun barəsində tənbeh tədbirinin tədbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 2(003)-3417/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 2(003)-1812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Xəzər rayon Məhkəməsinin e-2(003)-2124/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Xəzər rayon Məhkəməsinin 2(003)-4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Xəzər rayon Məhkəməsinin e-2(003)-895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Xəzər rayon Məhkəməsinin e-2(003)-1725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-12902 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələbi icra etməməsi səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-391/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulmalıdır. -Xəzər rayon Məhkəməsinin 2(003)-3417/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs cəmi 1074 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. -Xəzər rayon Məhkəməsinin 2(003)-1812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs cəmi 2255.21 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. -Xəzər rayon Məhkəməsinin e-2(003)-2124/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 2289 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. -Xəzər rayon Məhkəməsinin 2(003)-4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 399.13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. -Xəzər rayon Məhkəməsinin e-2(003)-895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs cəmi 684,02 manat alınaraq tələbkar "xxxx" ASCyə ödənilməlidir. -Xəzər rayon Məhkəməsinin e-2(003)-1725/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. -Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-12902 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs cəmi 135 manat məbləğində pul vəsaiti tutularaq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, icra sənədləri barədə rəsmi qaydada Şəxs məlumat verilmiş, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra sənədi üzrə tələbin icra edilməməsinin səbəbi isə maddi qazancının olmamasından ibarətdir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Bununla da məhkəmə qeyd edir ki, onun tərəfindən icra sənədləri üzrə tələblərin yerinə yetirilməməsi üçün üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X8 X2 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1972/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1972/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver