Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-198/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, internet şirkətində işləyən, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu, Hövsan kəndində yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 27 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs 08 yanvar 2022-ci il tarixdə, saat 13:05-də idarə etdiyi «Mercedes Benz 190» minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 21 yanvar 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində «Mercedes Benz 190» minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil ilə Türkan qəsəbəsi istiqamətindən 3 zolaqlı dairəvi yola daxil olub avtomobili saxlamışdır. Pirallahı qəsəbəsi istiqamətindən şəhər istiqamətinə tərəf hərəkət edən «Hyundai» markalı avtomobilin aralıda olduğunu görüb baş yola daxil olub qarşı tərəf keçmək istəyərkən «Hyundai» markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ qanadından vurmuşdur. Həmin vaxt onun avtomobilində ön sərnişin oturacağında oturan tanışı Zərərçəkmiş şəxs1 bədən xəsarəti almışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını Ramini xəstəxanaya aparmışdır. Hadisədən sonra «Hyundai» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 dəfələrlə zəng edib onun səhhəti ilə maraqlansa da, ona maddi cəhətdən köməklik etməmişdir. Törətdiyi əməldən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs isə 11 fevral 2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində tanışı Şəxs idarə etdiyi «Mercedes Benz 190» minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil ilə Türkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Dörd yol deyilən yolda İlkin avtomobili dairəvi yolda saxlamışdır. Pirallahı qəsəbəsi istiqamətindən şəhər istiqamətinə tərəf hərəkət edən «Hyundai» markalı avtomobilin aralıda olduğunu görüb hərəkət etmək istəyərkən «Hyundai» markalı avtomobil İlkinin idarə etdiyi avtomobili sağ tərəfdən vurmuşdur. Həmin vaxt o, bədən xəsarəti aldığı üçün onu xəstəxanaya aparmışlar. Lakin ciddi bir şey aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 08 yanvar 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 15 fevral 2022-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədiyindən və xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığındandiaqnozda göstəriləndərin xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-198/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-198/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver