Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1985/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi Sədirxan Həsənlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Atçılıq YYS-də nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru polis leytenantı Sədirxan Həsənli tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Binə qəsəbəsi, atçılıq yeni yaşyış massivində fərdi evdə yaşayan X6 102 xidmətinə və Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə qeyri rəsmi ərinin qardaşı Şəxs yaşadığı evdə onunla mübahisə edərək onu yerdə sürümüşdür. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində Ramin yenidən onunla mübahisə edərək evdən cıxartmaq istəmiş, buna görə aralarında mübahisə olmuş, mübahisə zamanı qarnına yumruqla zərbə vuraraq ayağlarına təpik zərbəsi vurmuş, başına isə əli ilə zərbə vuraraq xəsarət yetirmişdir. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Arzuman İsmayılovun 02 avqust 2024-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Sədirxan Həsənli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi. ev 37-də qeydiyyatda olan, Binə qəsəbəsi, atçılıq yeni yaşayış massivində fərdi evdə yaşayan X5 102 xidmətinə və Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə qeyri rəsmi yaşadığı ərinin qardaşı Şəxs yaşadığı evdə onunla mübahisə edərək onu yerdə sürümüşdür. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində Ramin yenidən onunla mübahisə edərək evdən cıxartmaq istəmiş, buna görə aralarında mübahisə olmuş, mübahisə zamanı qamına yumruqla zərbə vuraraq ayağlarına təpik zərbəsi vurmuş, başına isə əli ilə zərbə vuraraq xəsarət yetirmişdir. Bununlada onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində fərdi evdə yaşayan xx.xx.2024-cü il tarixdən hərbi xidmətdən evə gəlmiş, evinə gəldikdən sonra qardaşının qeyri rəsmi yaşadığı arvadı Aysel Bağırova onunla yola getməmişdir. Asel Bağırovaya evindən cıxaraq əri ilə birlikdə başqa evdə yaşamasını bildirsə də A.Bağırova buna görədə dəfələrlə yaşadıqları evdə mübahisə yaratmışdır. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində yenidən Aysel Bağırova onunla mübahisə etmiş, mübahisə edərək A.Bağırovanı evindən çıxartmaq istədikdə A.Bağırova onu bıçaqla hədələməsini görüb özünü qorumaq üçün Ayseli təpiklə qarnından və yumruqla ba.şından vurmuşdur. Əməlindən peşimandır. həmin vaxtı bıçağı alindən alaraq bu barədə 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Aysel Bağırovanı evindən çıxardılmasına köməklik etməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs X5 izahatında 2019-cu il tarixdən Şəxs ilə ailə qurduqlarını, rəsmi nigahları olmasada birgə evllikdən bir oğlu olmuşdur. Əri ilə mütamadi olaraq onunla mübahisə edərək yola getmirlər. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə Şəxs, onunla mübahisə edərək onu yerdə sürümüş, sağ ciyninə və ayaqların xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində Ramin yenidən onunla mübahisə edərək onu evdən çıxartmaq istəmiş, buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı qarnına yumruqla zərbə vuraraq ayağlarından təpik zərbəsi vurmüş, başına isə əli ilə zərbə vuraraq xəsarət yetirmişdir Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 22 iyul 2024-cü il tarixli, 866 saylı ekspert rəyindən görünür ki, X1 çiyinin, sol kürəyin, hər iki bazunun, sağ saidin, sol dizin, sol baldırın qançırları küt əşya təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən; sağ çiyinin, sol kürəyin, sol baldırın qançırlarının törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilə tarixə; hər iki bazunun, sağ saidin, sol dizin qançırlarının törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2024-ci il tarixli qərardan görünür ki, hadisəni törətmiş vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1985/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1985/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver