Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-199/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 07 avqust 2021-ci il tarixdə, saat 11:30 radələrində TK332 saylı İstanbul-Bakı aviareysi ilə sələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. D.Y.X4 Limanının 1-ci Terminalının gəliş zalında baqaj lentindən baqajını götürdükdən sonra gömrük nəzarətindən keçərkən saxlanılmış və ona məxsus mallara yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Şəxs məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından əvvəlcədən gömrük orqanına təqdim olunmamış, şifahi kağız üzərində yazılı və ya elektron formada bəyan olunmamış 10 ədəd “Gonal 75mİ” markalı, 3 qutu “Qalyviz 0,5 mcg” markalı, 2 qutu “Masport 500” markalı, 1 qutu “Menopur 75iu” markalı, 1 qutu “Eylea 40mg” markalı, 3 qutu “Hekimhan” markalı dərman preparatları və 1 qutu “BD 4mm” markalı tibbi iynə, 2 ədəd elektron plata gümüşə bənzər metaldan hazırlanmış 1 ədəd boyunbağı, 3 ədəd üzük, barsetkanın içərisindəki 2 ədəd şəffaf sellofan paketlərin içərisindən qızıla bənzər metaldan hazırlanmış 9 cüt sırğa, 1 ədəd üzük və 2 ədəd boyunbağı 3 blok “Marlboro” markalı siqaret aşkar edilmişdir. Aşkar olunmuş qızıla bənzər metaldan hazırlanmış zərgərlik məmulatları elektron tərəzidə çəkilmiş və ümumi çəkisi təxminən 32 (otuz iki) qram təşkil etmişdir. Qeyd olunan faktla bağlı aparılan araşdırma çərçivəsində aşkar edilmiş əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıəq ekspertizası təyin olunmuş, 1900-013/001-22/002479 saylı məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 14.09.2021-ci il tarixli 6/3430-6/3440-9/5582 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 8 adda dərman preparatlarının və 16 adda zərgərlik məmulatlarının ümumilikdə 07.08.2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 4847.00 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan faktla bağlı aparılan araşdırma çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsə 20.09.2021-ci il tarixli 1900- 013/001-22/002862 nömrəli məktubla sorğu göndərilmişdir. Mərkəzdən daxil olmuş 05.10.2021-ci il tarixli 04/15369 nömrəli sorğuya cavab məktubunda təqdim olunmuş 5 adda dərman preparatının Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrindən qeydiyyatdan keçmədiyi göstərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmiş, toplanmış material aidiyyəti daxili işlər orqanına təqdim edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Aidiyyəti orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən daxil olmuş material araşdırılmış və nəticədə Şəxs barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Şəxs götürülmüş dərman preparatlarının “X2 Qanuna” əsasən ona qaytarılması, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin anbarında gömrük nəzarətində saxlanılan 2 ədəd elektron plata, 3 qutu marlboro markalı siqaret, 32 qramlıq qızıl və zərgərlik məmulatlarının gömrük prosedurları həyata keçirildikdən sonra Şəxs qaytarılması əks olunmuşdur. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/5582 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 8 adda dərman preparatlarının ümumilikdə 07.08.2021-ci il tarixə olan orta bazar qiyməti 2482,90 manat, 16 adda zərgərlik məmulatlarının ümumilikdə 07.08.2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 2354,10 manat, cəmi 4847 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/7330 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 2 adda malların ümumilikdə 07.08.2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 430 manat, 2 ədəd printerlər üçün nəzərdə tutulmuş 1220B platanın 1 ədədi 110 manat, 2 ədədi 220 manat, 3 blok Azərbaycan aksiz markası olmayan “Marlboro touch” ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filterli siqaretlərin 1 bloku - 70 manat, 3 bloku – 210 manat təşkil etmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və barəsində seçilmiş iltizam qətimkan tədbiri ləğv edilmiş, aşkar edilmiş dərman preparatları “X2 Qanuna” əsasən Şəxs qaytarılmış və onun sərhədkeçməsinə tətbiq edilmiş məhdudiyyət üzərindən götürülmüş, DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin anbarında gömrük nəzarətində saxlanılan 2 ədəd elektron plata, 3 qutu Marlboro markalı siqaret və 32 qramlıq qızıl və zərgərlik məmulatları gömrük prosedurları həyata keçirildikdən sonra Şəxs qaytarılması məsələsinin həll edilməsi gömrük orqanlarına həvalə edilmiş və qərarın bir nüsxəsi DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və aşkar edilmiş dərman preparatları “X2 Qanuna” əsasən Şəxs qaytarılmışdır. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların, yəni 16 adda zərgərlik məmulatlarının (2364,10 manat), 2 ədəd printerlər üçün nəzərdə tutulmuş 1220B platanın (220 manat) və 3 blok Azərbaycan aksiz markası olmayan siqaretlərin (210 manat) dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyərinin - 2794,10 (iki min yeddi yüz doxsan dörd, on) manat məbləğinin 40 (qırx) faizi, yəni 1117,64 (bir min bir yüz on yeddi, altmış dörd) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-199/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-199/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver