Məhkəmə qərarları › İş №3(003)-1990/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1990/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1990/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Ə.Əsədovun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili İntiqam İsmayılov raportla polis şöbəsinin rəisinə müraciət edərək Şəxs narkotik vasitələrdən istifadəsində şübhəli olduğu üçün polis şöbəsinə gətirilməsini bildirmişdir. Şəxs polis şöbəsində olarkən narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Tərtib edilmiş material Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevin icraatına daxil olmuş və onun qərarı ilə material üzrə məhkəmə-narkoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 6604 saylı aktına əsasən Şəxs götürülmüş sidik nümunəsində MET(+), THC (+), MOP (+) və MTD (+) aşkar olunmuşdur. 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevin qərarı ilə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin ərazi üzrə sahə inspektoruna göndərilməsi qərara alınmışdır. Daha sonra Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli hesab etdiyini və əməlindən peşman olduğunu qeyd etmişdir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati potokolu tərtib etmiş məhkəmə iclasında verdiyi izahatında 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevin qərarı ilə material üzrə cinayət işinin başlanılması rədd edildiyini və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin ərazi üzrə sahə inspektoruna göndərilməsi qərara alındığını qeyd etmişdir. Lakin qeyd edilən qərar iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş materialalrında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulması barədə protokolda mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən “Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətinə inzibati həbs tətbiq edilir Qeyd olunan normadan göründüyü kimi, Şəxs təqsirləndirildiyi inzibati xətanı nəzərdə tutan İXM-nin 206-cı maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda qiymət verilməli məsələlərdən biri də inzibati qaydada həbsetmənin əvvəlinin hansı tarixdən hesablanmasıdır. Lakin iş materiallarında qeyd edilən halı müəyyən etmək üçün heç bir mötəbər sübut yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar