Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1991/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X14 Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati qaydada icraat aparılan şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Toyota Aqua” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddəsinin tərkibi yarandığından onun barəsində göstərilən maddə ilə inzibati təsir tədbirlərin görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X18 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, sürücü X5 “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb etibarnamə olmadan həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə sürücü X1 idarə etdiyi “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Koroğlu” MS-nın yaxınlığından Xəzər rayonu dəniz kənarına aparmaq üçün 3 nəfər sərnişin əyləşdirib idarə etdiyi avtomobil ilə təxminən 14:15 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən keçən Pirallahı rayon istiqamətində gedən yolda hərəkət edərək geriyə dönmə ayrıcını səhvən düz keçdiyi üçün avtomobili yolun sağdan birinci zolağında saxlayıb gedəcəyi ünvanın məkanını telefon vasitəsilə dəqiqləşdirəndən sonra idarə etdiyi avtomobili bir qədər arxada qalan geriyə dönmə yol ayrıcına tərəf qaytarmaq məqsədilə avtomobili arxaya hərəkətə gətirib yolun sağdan birinci zolağı ilə saatda 10-15 km sürətlə avtomobil ilə arxa-arxaya təxminən 50-80 metr hərəkət etdirən zaman həmin zolaqda saatda 70-80 km sürətlə hərəkət edən sürücü X6 idarə etdiyi “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman qarşıda qəza işıqlarını yandırıb arxa-arxaya hərəkət edən sürücü X5 “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini görüb idarə etdiyi “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozundan istifadə etsə də ara məsafə az qaldığından sürücü X2 idarə etdiyi “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi sürücü X1 idarə etdiyi “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılır və yol nəqliyyat hadisəsi baş vermişdir hadisə zamanı X6, X8, X9 və X3 xəsarət alması ilə əlaqədar Sabunçu TİBB mərkəzinə müraciət etmişlər. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X12 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnın əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin rəyinə əsasən “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rəyə əsasən məlum olmuşdur ki, sürücü X2 xəsarətləri xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə sürücü X1 idarə etdiyi “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Koroğlu” MS-nın yaxınlığından Xəzər rayonu dəniz kənarına aparmaq üçün 3 nəfər sərnişin əyləşdirib idarə etdiyi avtomobil ilə təxminən 14:15 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən keçən Pirallahı rayon istiqamətində gedən yolda hərəkət edərək geriyə dönmə ayrıcını səhvən düz keçdiyi üçün avtomobili yolun sağdan birinci zolağında saxlayıb gedəcəyi ünvanın məkanını telefon vasitəsilə dəqiqləşdirəndən sonra idarə etdiyi avtomobili bir qədər arxada qalan geriyə dönmə yol ayrıcına tərəf qaytarmaq məqsədilə avtomobili arxaya hərəkətə gətirib yolun sağdan birinci zolağı ilə saatda 10-15 km sürətlə avtomobil ilə arxa-arxaya təxminən 50-80 metr hərəkət etdirən zaman həmin zolaqda saatda 70-80 km sürətlə hərəkət edən sürücü X6 idarə etdiyi “Tofaş Şahin” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman qarşıda qəza işıqlarını yandırıb arxa-arxaya hərəkət edən sürücü X5 “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini görüb idarə etdiyi “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozundan istifadə etsə də ara məsafə az qaldığından sürücü X2 idarə etdiyi “Tofaş Şahin” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi sürücü X1 idarə etdiyi “Toyota Aqua” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılır və yol nəqliyyat hadisəsi baş vermişdir hadisə zamanı X6, X8, X9 və X3 xəsarət alması ilə əlaqədar Sabunçu TİBB mərkəzinə müraciət etmişlər. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X18 şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X18 Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1991/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1991/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver