Məhkəmə qərarları › İş №3(003)-1995/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1995/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1995/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilən inzibati tənbeh vermə haqqında qərardan şikayət üzrə materialı nəzərdən keçirərək, Müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, X2 tərəfindən müraciətə yalnız İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar əlavə edilmiş, müraciət müəllifinin şəxsiyyətini təsdiq edən sənədin, “Fiat DOBLO” markaklı avtomobilin ona məxsus olması və ya idarə etməyə etibar olunması barədə sənədlərin surətləri, həmçinin şikayətçinin Bakı şəhəri Xəzər rayonunun ərazisində yaşamasına dair arayış təqdim edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X7 tərəfindən təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 106-111-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X7 tərəfindən təqdim edilmiş material natamam olduğundan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar