Məhkəmə qərarları › İş №3(003)-1998/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1998/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1998/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı qərarların ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İş materiallarında olan inzibati xəta haqqında qərarlardan görünür ki, X2 barəsində 23 iyun 2025-ci il tarixdə TP 7330330, TP ******* və TP ******* saylı qərarlar tərtib edilmişdir. İnzibati xəta haqqında protokollardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokollardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta materialını araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir protokola münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə protokoldan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edir ki, inzibati xəta haqqında protokollardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı qərarların ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın və şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Hakim Emin Rüstəmov İş № 3(003)-1998/2025 Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Məhkəmədən kənar protokol 04 avqust 2025-ci il Bakı şəhəri X4 Həşim qızının sədrliyi, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı qərarların ləğv olunması barədə qərar qəbul edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:30-da başlandı. Hakim, Azərbaycan Respublikası Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli TP 7330330, 23 iyun 2025-ci il tarixli TP 7330336, 23 iyun 2025-ci il tarixli TP ******* saylı qərarların ləğv olunması barədə qərar qəbul edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin ona geri qaytarılması barədə qərardad qəbul etdi. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar