Məhkəmə qərarları › İş №3(003)-20/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-20/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-20/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan şikayət verərək məhkəməyə müraciət etmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx xxxxxx 2019cu il tarixli, EQ ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilimiş və iş yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmışdır. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə əsasında nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsulliyətə cəlb etmək üçün nəzərdə tutulmuş müddət başa çatdığına görə xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 nümayəndəsi iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 3(003)- 464/2002 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx xxxxxx 2019cu il tarixli, EQ ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1336/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilimiş və iş yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 3(003)- 464/2002 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı, xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarların ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qayatılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay kecənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri ücün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorculuğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Dəstəgül Hüseynova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan o, şikayət verərək məhkəməyə müraciət etmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarı ilə qismən təmin edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmışdır. Mövcud qanunvericiliyə əsasən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X4 qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar