Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-20/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şikayətçi barəsində əsassız olaraq 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar əsasında ona əsassız olaraq 5555 manat məbləğində yüksək cərimə hesablanmışdır. Belə ki, barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 4444 manat məbləğində cərimə edilməsinə görə EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, özünü İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədiyini bildirmişdir. Həmin maddədə göstərilmişdir ki, Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Ona gətirilən malların ümumi dəyəri 5555 manat təşkil etmişdir. Lakin inzibati tənbeh tətbiq edən orqan tərəfindən ona əsassız olaraq, İXM-nin 504-cü maddəsinin yuxarı həddində cərimə tətbiq etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarının ləğv edilməsini və həmin qərar əsasında barəsində 80 faiz məbləğində təyin edilmiş cərimə cəzasının 40 faiz həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 izahat verərək onun barəsində inzibati tənbeh vermə qərarı qəbul edilərkən ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici halın nəzərə alınmadığını qeyd edərək, yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4444 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir." Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən xətaların qarşısını almaqdan ibarətdir." Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinərək 4444 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X2 15 fevral 2024-cü il tarixində Terminal-1 X3rşısında Moskva- Bakı aviareysi ilə gələrkən ondan Ümumi dəyəri 2350 manat təşkil edən 2 (iki) blok "Chapman superslim ice berry" markalı siqaret, 1 (bir) eded "İphone 13 starlight 128GB" (İMEİ:**********13322/**********94441) markalı ve 1 (bir) aded "İphone 13 blue markalı mobil telefonu (İMEİ**********31380/**********05052) 128GB" götürmüşdür. Şikayətçi məhkəmə iclasında tərətdiyi inzibati xətanı etiraf edərək qeyd etmişdir ki, onun həmin inzibati xətanı törətmək niyyəti olmamışıdır, sadəcə anlaşılmamazlıq nəticəsində tərəfindən həmin inzibati xəta törədilmişdir. Şikayətçi həmçinin qeyd etmişdir ki, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici hallar nəzərə alınmamış və o, inzibati xətanın obyekti olan malların dəyərinin altmış faizi miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin öz izahatında qeyd etdiyi məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən "Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır." Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən "İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxs barəsində inzibati xətanın baş verməsi ilk dəfə olduğundan ona münasibətdə daha yüngül tənbeh tətbiq edilməli idi, oma görədə məhkəmə hesab edir ki, şəxsin barəsində 80 faiz cərimə cox yüksək olduğundan hazırda şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair yeni qərar qəbul edilərək, o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 5555 manat məbləğinin 40 faiz məbləğinin 2222 (iki min iki yüz iyirmi iki) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00800/01053saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə fəqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 5555 manat məbləğinin 40 faiz məbləğinin 2222 (iki min iki yüz iyirmi iki) manat məbləğində cərimə edilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, maddələrini rəhbər tutaraq, məhkəmə 53,114-115, QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 504- cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 11 dekabr 1980-ci il tarixdə Ağcəbədi şəhərində doğulmuş Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2222 (iki min iki yüz iyirmi iki) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-20/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-20/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver