Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-200/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ahıl yaşlı valideynləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, valideynlərinə qulluqla əlaqədar olaraq heç bir yerdə işləmir. Bundan başqa atası əlildir, bir ayağını itirib. O, təkbaşına valideynlərinə maddi, fiziki və mənəvi dəstək göstərir. Uzun müddətdir ki, işləmədiyinə görə maddi durumu da pis vəziyyətdədir. Demək olar ki, hal-hazırda təkcə valideynlərinin təqaüdü hesabına dolanırlar. Şikayətçi 02 dekabr 2021-ci il tarixində ölkə sərhədini tərk etmək istəyərkən, təhlükəsizlik baxımından qızıl-zinət əşyalarını da özü ilə birlikdə götürmüşdür. Qızıl-zinət əşyalarını bəyan etmədiyinə görə şikayətçi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi 10493 manat məbləğində cərimə olunmağına dair 24 yanvar 2022-ci il tarixli, 00800/0011 nömrəli qərar qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, həmin cərimə məbləği ilə razı deyil. Maddi durumu və ailə vəziyyətini nəzərə alaraq, ona qanunun tələbinə əsasən, daha aşağı məbləğdə cərimə hesablana bilərdi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şikayətçi qeyd edir ki, maddənin tələbindən də göründüyü kimi, ona inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında cərimə tətbiq edilə bilərdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək, ilk dəfə inzibati xəta törətdiyini qeyd etmiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə əsasında nümayəndəsi X4 şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10493 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 10493 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protkolda qeyd edilmişdir ki, 02 dekabr 2021-ci il tarixində, saat 07:00 radələrində J2 75 saylı Bakı-İstanbul aviareysi ilə gedən X5 gömrük nəzarəti zonasına daxil olarkən, müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmiş, elektron və va yazılı formada bəyan etməmişdir. Sərnişin gömrük nəzarətindən keçərkən, saxlanılmış və üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir, S. Nuriveva əvvəlcədən gömrük orqanına təqdim etmədiyi şifahi, elektron və kağız üzərində yazılı formada bəyan etmədiyi hər birinin üzərində müxtəlif ölçulü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 3 ədəd qolbağı qollarından, 2 ədəd üzüyü barmaqlarından, 1 cüt sırğanı qulaqlarından və sapa bağlanmış səkildə 2 ədəd kulonu boynundan, üzərində rəqəmlər qeyd olunmuş 44 ədəd birkanı cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra S. Nuriyevadan əl çantasında olan əşyaları təqdim etməsi təklif edilmişdir. S.Nuriyeva ona məxsus qara rəngli əl çantasının iç cibində olan hər birinin üzərində müxtəlif ölçülü q aşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 cüt sırğanı çıxarıb təqdim etmişdir. S.Nuriyevadan aşkar olunan zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 140 qram təşkil etmişdir. Yoxlama başa çatdıqdan sonra zərgərlik məmulatları araşdırma aparılması üçün protokol əsasında götürülmüşdür. 02.12.2021-ci il tarixdə qeyd edilən əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, 07.01.2022-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 143,53 qram təşkil etmişdir və 02.12.2021-ci il tarixə orta bazar qiyməti təxminən 20985 manat müəyyən edilmişdir. Şikayətçi məhkəmə iclasında tərətdiyi inzibati xətanı etiraf edərək qeyd etmişdir ki, onun həmin inzibati xətanı törətmək niyyəti olmamışıdır, sadəcə təhlükəsizlik baxımından özünə məxsus qızıl-zinət əşyalarını üzərində daşımış və bu səbəbdən qeyd edilən əşyaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı müvafiq prosedurları həyata keçirə bilməmişdir. Şikayətçi həmçinin qeyd etmişdir ki, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qeyd edilən hallarla yanaşı həmçinin yüngülləşdirici hallar nəzərə alınmamış və o, inzibati xətanın obyekti olan malların dəyərinin əlli faizi miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin öz izahatında qeyd etdiyi və həmin inzibati xətanın baş verməsinə səbəb olmuş hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə bu hissədə qeyd edir ki, inzibati orqan tərəfindən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən “İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.2ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, himayəsində yaşlı və əlil valideynlərinin olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilərək, o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 20985 manat məbləğin qırx faizi (8394 manat) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 24.01.2022-ci il tarixli, 00800/0011 saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 01 dekabr 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-200/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-200/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver