Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2005/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs "xxxx" MMC-nin adına xx.xx.2024cü il tarixdə **********513 sorğu nömrəli gömrük bəyyanaməsi ilə (ümumi gömrük dəyəri 196962.00 AZN nrtto çəki 3050.00 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmiş mallar üzərində nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları” nn təsdiq edilməsi haqqında Azərbaycan Respublikaslnın Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli 253 nömrəli Qərarlarının tələblərini uyğun olaraq gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışının həyata keçirilməsi nəticəsində bəyyanamədə qeyd edilən malların (mayzinq aparatları üçün istilik mübadiləsi sisteminin aksesuarları yerləşdirilidiyi 8 (səkkiz) ədəd qablaşdırmanın anbarda olmadığı və hər birinə kənardan müdaxilə olunaraq, gömrük təminatı vasitələri qoparılaraq açıq vəziyyətdə istehsal prosedurlarının aparıldığı ərazidə mövcudluğu aşkar edilmişdir. Nəticədə "xxxx" MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri Bakı-ünvan 1nzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqi ünvanının Sumqayıt şəhəri olduğunu, ehtimal olunan inzibati xətanın Sumqayıt şəhəri ərazisində törədildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs «"xxxx" MMC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2005/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2005/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver