Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-201/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Kərpiczavod yaxınlığındakı fərdi evdə yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş X1 Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq X4 və inzibati xəta haqqında protokol tərtib edən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, 00800-00106/25 nömrəli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X8 xx.xx.1995-ci il təvəllüdlü, Şamaxı şəhərində doğulan, ünvan 3 ünvanında daimi qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri. Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, Kərpiczavod yaxınlığındakı fərdi yaşayış evində yaşayan X4 (PC AZE C03424578, FİN: 129SFBE) barəsində Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən olan 3-33-3100/013/030867 nömrəli materialın araşdırılması çərçivəsində, daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Azerbaycan Respublikası vətəndaşı X5 özünün də aralarında olduğu, Ciddə-Bakı aviareysi ilə gələn 19 nəfər sərnişinin köməyi ilə 2 ədəd **********47301/**********70238 yə **********00470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 ədəd **********80473/**********41505 yə **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd **********38150/**********50087 **********60274/**********02425, **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30005 İMEİ kodlu "SAMSUNG GALAXY S24 256 GB" markalı olmaqla ümumilikdə 11 ədəd mobil telefonu gömrük nəzarətindən keçirilərək bəyan edildikdən sonra "Terminal 1" terminalının "A" çıxış qapısının qarşısında dayanan, X3 verdikləri məlum olmuş, sonuncu özü və sərnişinlər tərəfindən bəyan ədilən 10 ədəd mobil telefonu həmin sərnişinlərdən alıb əlində tutduğu qara rəngli çantaya qoyub hava limanı ərazisini tərk etmək istədikdə isə gömrük orqanı əməkdaşları tərəfindən saxlanaraq, qanunvericiliyin tələbləri izah edilməklə əlində tutduğu qara rəngli çantaya baxış keçirilmiş və yuxarıda qeyd edilən 11 ədəd mobil telefon ve **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı, **********47301/**********70238 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı ve **********60274/**********02425 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı mobil telefonlara aid olan, müvafiq olaraq **********926, **********978 və **********923 nömrəli sadələşdirilmiş gömrük bəyannamələri olduğu aşkar edilmişdir. Faktla əlaqədar araşdırma başlanmış və hüquqpozma predmeti kimi aşkar edilən mobil telefonların dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilərək AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edilmişdir. Həmin qurumdan 16.01 2025-ci il tarixdə daxil olan xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/9435/2025 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, sözügedən mobil telefonların orta bazar qiyməti təxminən 15819 manat təşkil edir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, həmin mobil telefonlar **********935, **********968, **********968, **********903, **********976, **********941, **********958, **********900, **********947, **********923, **********978 va **********926 sorğu nömrəli sadələşdirilmiş gömrük bəyannamələri üzrə bəyan edilmişdir. Həmin bəyannamələr üzrə mobil telefonları bəyan edən şəxlərlə mobil telefən vasitəsilə əlaqə saxlanmış, müvafiq qaydada arayış tərtib edilərək materiala əlavə edilmişdir, eyni zamanda həmin sərnişinlərdən Seymur Mahmudov, Rahim İbrahimov və Altay Məmmədovun izahatları alınaraq toplanan materiala əlavə edilmişdir. Seymur Mahmudov izahatında bildirmişdir ki, Mehman Əliquliyevi ümrə ziyarəti zamanı tanıyıb, otaq yoldaşı olublar, onlar məbil telefonları Ciddə şəhərindəki mağazadan birlikdə alıblar dediyinə görə onun çantasında yer olmadığına görə aldığı mobil telefonu Mehmana aid çantaya qoyub, bəyanetmə zamanı mobil telefonu gömrük orqanına bəyan edib, terminal binasını terk etdikdən sonra terminalın çıxış qapısının qarşısında Mehmanın çantasına qoyub, daha sonra Mehmanla birlikdə 15 dəqiqə ərzində sifariş etdikləri taksini gözləyib, bu zaman gömrük orqanı əməkdaşları onlara yaxınlaşıb və çantaya baxış keçiriblər, həmin vaxt Mehman ona deyib ki "narahat olma sənin telefonun mənə əmanətdir, evdə xəstən var get gözləmə", eyni zamanda Seymur Mahmudov mobil telefonu arvadına hədiyyə əlaraq aldığını bildirib. Mobil telefonlardan birini bəyan edən Rahim İbrahimovun və Altay Məmmədovun izahatları alınaraq toplanan materiala əlavə edilmişdir. Hər iki şəxs oxşar məzmunda izahat verərək bildirmişdir ki, şəxsi istifadələri üçün Məkkə şəhərindən mobil telefonlar alıb, onlara gömrük orqanına bəyan etdikdən sonra üzlük çəkilməsi və digər texniki məsələləri həll etməsi üçün Mehman Əliquliyevə vermiş, daha sonra isə mobil telefonların gömrük əməkdaşları tərəfindən saxlanması barədə Mehman onlara məlumat verib. İlkin sənədləşmə zamanı tərtib edilən protokolu imzalamaqdan imtina etmiş Mehman Əliquliyevin izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, o, şəxsi istifadəsi üçün özünə 1 ədəd mobil telefən alıb, birlikdə ümrə ziyarətində olduqları şəxslər Mehmana etibar etdikləri üçün, həmçinin Bakı şəhərində baha qiymətə başa gəldiyindən aldıqları mobil telefonların poçt qeydiyyatı, üzlük çəkilməsi və digər texniki işləri həyata keçirməsi üçün ona veriblər, terminalın qarşısında dayandığı zaman gömrük orqanı əməkdaşları ona yaxınlaşaraq əlindəki çantaya baxış keçirilməli olduğunu bildirib və baxış zamanı qeyd edilən mobil telefonlar araşdırma məqsədilə protokol əsasında götürülüb. Qeyd olunanlara əsasən qənaətə gəlinir ki, X4 tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır. Belə ki, şəxslər tərəfindən verilən izahatlarda ziddiyət təşkil edən hallar mövcud olmuşdur. Ümrə ziyarətinə gedən 10 nəfər şəxs Mehman Əliquliyevi ilk dəfə tanımaqlarına baxmayaraq guya şəxsi istifadələri üçün aldıqları mobil telefonları qutularından çıxarmadan, hətta bəzilərini gömrük bəyannamələri ilə birlikdə Mehmana veriblər ki, poçt qeydiyyatı, üzlük çəkdirmək və digər texniki məsələri həll etməsi üçün Mehman Əliquliyevə veriblər. Buna baxmayaraq Mehman Əliquliyevin izahatından da belə nǝticəyə gəlinir ki, Mehmanın mobil telefonların qeydiyyatı yaxud onların texniki qulluğu sahəsində heç bir fəaliyyəti yoxdur, mebel ustasının yanında fəhlə kimi işləyir və bu işləri həyata keçirmək üçün heç bir zəhmət haqqı istəməyib. Həmçinin, Seymur Mahmudov izahatında Mehmanla birlikdə hərəkət etdiyini, onunla birlikdə terminalın ÇİXİŞ gapısında dayanaraq sifariş etdikləri taksini gözlədiklərini bildirmiş, lakin Mehmandan terminalın qarşısında tak dayanıb-dayanmadığı soruşulduqda belə bir faktı xatırlamadığını bildirmişdir. telefonun markasını belə dəqiqliklə deməyib. Beləliklə şəxsi istifadə üçün alındığı deyilən mobil Əlavə əlaraq Seymur Muradovdan aldığı mobil telefonun markası soruşulduqda aldığı mobil telefonların poçt qeydiyyatı və digər texniki işlərinin aparılması üçün birinci dəfə tanıdıqları Mehman Əliquliyevə bəyanetmə prosesi başa çatdırıldıqdan sonra terminalın çıxış qapısında verilməsi və digər hallar onu deməyə əsas verir ki, həmin sərnişinlər mobil telefonlardan tam məlumatsızdır, gömrük rüsumlarından və digər gömrük ödənişlərinin miqdarının azaldılması məqsədilə Mehman Əliquliyev tərəfindən onlara bəyan etmələri üçün verilib, sərnişinlər öncədən bu barədə təlimatlandırılıb, Mehman Əliquliyevin isə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmək məqsədi olub, izahatlarda isə onun verdiyi təlimatlarla səsləndirilən fikirlər isə məhz Mehman Əliquliyevin məsuliyyətdən yayınma niyyətinin olmasından xəbər verir. Nəticədə, Azərbaycan Respublikası vətəndaşı X4 tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. -Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9435 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 11 ədəd yeni vəziyyətdə olan mobil telefonların 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 15819 manat müəyyən edilir. -xx.xx.2024-cü il tarixli "baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Belə ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla mobil telefonların gətirilərək Bakı şəhəri ərazisində realizə olunması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, həmin tarixdə saat 1900 radələrində Ciddǝ-Bakı aviareysi ilə gələn sərnişinlər tərəfindən sözügedən mobil telefonların gömrük nəzarətindən keçirilərək bəyan edildikdən sonra, "Terminal 1" terminalının "A" çıxış qapısının qarşısında dayanan, həmin aviareyslə sərnişin qismində gələn X3 verdikləri məlum oldu. Həmin şəxs təxminən 1 saat ərzində nəzarətdə saxlandıqdan sonra sonuncuya yaxınlaşıldı və qanunvericiliyin tələbləri izah edilərək əlində tutduğu qara rəngli çantaya baxış keçirildi. Baxış zamanı həmin qara rəngli çantanın içərisində digər şəxsi əşyalarla birlikdə ağzı bağlı ədəd **********47301/**********70238 qablaşdırmalarda **********60470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 ədəd **********80473/**********41595 və **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd **********38150/**********56087, **********60274/**********02425, **********42743/**********69946 vǝ **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30065 İMEİ kodlu SAMSUNG GALAXY S24 256 GB" markalı olmaqla ümumilikdə 11 ədəd mobil telefon va **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı, **********47301/**********70238 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı və **********60274/**********02425 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı mobil telefonlara aid olan, müvafiq olaraq **********926, **********978 və **********923 nömrəli sadələşdirilmiş gömrük bəyannamələri olduğu aşkar edildi. Göstərilənlərdən başqa həmin qara rəngli çantada qanunvericiliklə qadağan edilmiş hər hansı predmet aşkar edilmədi. -Gömrük orqanında X6 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə şöbəmizə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla mobil telefonların gətirilərək Bakı şəhəri ərazisində realizə olunması barədə əməliyyat məlumatına daxil olmuş, həmin əməliyyat məlumatı üzrə belə faktın mövcud olubolmamasını, olduğu təqdirdə qeyd olunan malların dövriyyədən çıxarılması məqsədilə müvafiq qərar əsasında təxirəsalınmaz tədbirlər görülmüşdür. Müəyyən edilmişdir ki, həmin tarixdə saat 1900 radələrində Cidde-Bakı aviareysi ilə gələn sərnişinlər tərəfindən sözügedən mobil telefonların gömrük nəzarətindən keçirilərək bəyan edildikdən sonra, "Terminal 1" terminalının "A" çıxış qapısının qarşısında dayanan, həmin aviareyslə sərnişin qismində gələn X3 verdikləri məlum olmuş, həmin şəxs nəzarətdə saxlandıqdan sonra sonuncuya yaxınlaşılmış və qanunvericiliyin tələbləri izah edilərək əlində tutduğu qara rəngli çantaya dəvət edilmiş iki nəfər hal-şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin qara rəngli çantanın içərisində digər şəxsi əşyalarla birlikdə ağzı bağlı qablaşdırmalarda 2 ədəd **********47301/**********70238 **********60470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 adəd **********80473/**********41595 və **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd**********60274/**********02425, **********38150/**********56087, **********42743/****** ****69946 və **********08832/**********85636 İMEİ kodlu İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30065 İMEİ kodlu "SAMSUNG GALAXY S24 256 GB" markalı olmaqla ümumilikdə 11 ədəd mobil telefon və **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı, **********60274/**********02425 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı mobil **********47301/**********70238 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı mobil telefonlara aid olan, müvafiq olaraq **********926, **********978 və **********923 nömrəli sadələşdirilmiş gömrük bəyannamələri olduğu aşkar edilmişdir. -Gömrük orqanında X7 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ümrə ziyarəti üçün Mədinə oradan da Məkkə şəhərinə gedəcəkdilər. Ümrə ziyarətini qrup halında edirdik, təxminən iyirmi nəfərdən ibarət qrup halında səfər edirdilər. Qrupdakı hər kəsi tanımırdı, otaq yoldaşı olan Mehman Əliquliyev və Şamaxı şəhərində bəzi şəxsləri tanıyırdı. Uçuş Bakı şəhərindən Ciddə şəhərinə olmuşdur, Ciddə şəhərinə çatdıqdan sonra əvvəl Mədinə, daha sonra isə Məkkə şəhərinə getmişlər. Eyni marşrut üzrə də xx.xx.2024cü il tarixdə Bakı şəhərinə qayıtmışlar. O, özünə şəxsi istifadə üçün mobil telefon almaq istəyirdi. Məkkə şəhərində mobil telefonların qiymətinin ucuz olduğunu eşitmişdir. Buna görə qayıdarkən Məkkə şəhərində olan, mobil telefonların satışı aparılan mağazalardan birindən özünə 1 ədəd "İphone 15 128 GB" markalı mobil telefon almışdır. O, mobil telefonu alarkən onunla birlikdə digər şəxslər də mobil telefon aldı. Daha sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıdarkən təyyarədən enib sərhəd keçmə proseslərini həyata keçirdikdən sonra həmin mobil telefonu gömrük orqanına bəyan etmişdir. Bundan sonra birlikdə hərəkət etdikləri, yəni həmin səfər müddətində otaq yoldaşı olan Mehman Əliquliyevlə birlikdə terminalın binasını tərk edib avtodayanacaqda sifariş etdikləri taksini gözlədilər. Taksi bir az gec gəldi. Bir müddət dayandıqdan sonra həmin əraziyə gömrük orqanı Əməkdaşları onlara yaxınlaşdı və Mehmanın əlində olan çantaya baxış keçirilməli olduğunu bildirdilər. Ona aid olan mobil telefon da Mehmana aid çantada idi. -Gömrük orqanında X4 izahat verərək bildirmişdir ki, təxminən 1 həftə öncə "Ümrə" ziyarəti məqsədilə Əvvəl Ciddə şəhərinə, ardınca Mədinə oradan da Məkkə şəhərinə getmişdir. Ziyarətlərini qrup şəklində, yəni qadın və kişilərlə birlikdə həyata keçirmişlər. Ziyarət zamanı oradan sərfəli qiymətə mobil telelfon almaq istədi, öncədən bilirdi ki, Ciddə şəhərində mobil telefonlar sərfəli qiymətə satılır və almaq planı da var idi. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə qayıdarkən Ciddə şəhərindəki bazarlardan birində, mobil telefonların satışının aparıldığı mağazalardan birindən şəxsi istifadəsi üçün 1 ədəd "İPHONE 15 BLUE 128 GB" markalı mobil telefon almışdır. Həmin vaxt birlikdə ziyarət etdikləri Seymur və Altay adlı şəxslər də özlərinə mobil telefon aldılar. Daha sonra onlar Bakı şəhərinə qayıtdılar. Təyyarədən enib, sərhəd keçmə proseslərini həyata keçirdikdən sonra həmin mobil telefonları bəyan etdilər. Bundan sonra ziyarət zamanı birlikdə səfər etdikləri şəxlər ona etibar etdiyi üçün həmin mobil telefonların poçt qeydiyatı, aktivləşdirilməsi və digər texniki məsələləri həll etmək üçün gömrük nəzarət zonasını tərk etdikdən sonra terminalın çıxış qapısında ona verdilər. O, həmin telefonları götürüb getmək istədiyi zaman gömrük orqanı əməkdaşları ona yaxınlaşdı və qanunvericiliyin tələbləri izah edilərək əlindəki çantaya baxış keçirilməli olduğu bildirildi. O, etiraz etmədi və çantanı baxış üçün təhvil verdi. Daha sonra ona bildirildi ki, həmin mobil telefonlar gömrük orqanına düzgün formada bəyan edilməyib, yəni kommersiya məqsədi üçün edilərək keçirilib. Bu səbəbdən həmin telefonlar protokol tərtib edilərək ondan götürüldü nəzərdə tutulan mallar gömrük sərhədindən qeyri-kommersiya məqsədli mal kimi bəyan edildiyi bildirildi. O, aldığı telefonu şəxsi istifadə məqsədilə almış, digər telefonlar isə onları alan şəxslərə məxsusdur. Həmin şəxslər Şamaxı rayonunda yaşayır, orada bu proseslər baha qiymətə başa gəldiyindən ona verdilər ki, mobil telefonları poçt qeydiyyatından keçirsin, həmçinin digər prosesləri həyata keçirsin. Həmin prosesi başa çatdırdıqdan sonra ola bilsin ki, hansısa şəxs zəhmət haqqı ödəsin. Ancaq o, bu iş üçün onlardan hər hansı zəhmət haqqı istəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Eyni zamanda məhkəmə, X1 mobil telefonları öz vəsaiti hesabına yox, digər şəxslərin vəsaitləri hesabına sadəcə onun kartı ilə edilməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, onun izahatı tərəfindən törədilmiş inzibati xətaya görə məsuliyyətdən yayınması məqsədi daşıyır. Belə ki, onun tərəfindən inzibati araşdırma zamanı verilmiş izahatdan və inzibati materialda olan digər sənədlərdən görünür ki, Azərbaycan Respublikasına gətirilmiş 11 ədəd mobil telefon X4 tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin dispozisiyasına əsasən kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi həmin maddənin tərkibini yaradır. İşin müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (15819 manatın) otuz faizi məbləğində, yəni 4745,7 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi götürülmüş və qaytarılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud olmayan əşyalar, yəni 2 ədəd **********47301/**********70238 yə **********00470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 ədəd **********80473/**********41505 yə **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd **********38150/**********50087 **********60274/**********02425, **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30005 İMEİ kodlu "SAMSUNG GALAXY S24 256 GB" markalı mobil telefonlar hazırki qərar qanuni qüvvəyə mindikdən sonra X3 qaytarılmalıdır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 4745,7 manat məbləğində inzibati cərimə edilməli, 2 ədəd **********47301/**********70238 yə **********00470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 ədəd **********80473/**********41505 yə **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd **********38150/**********50087 **********60274/**********02425, **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30005 İMEİ kodlu "SAMSUNG GALAXY S24 256 GB" markalı mobil telefonlar sahibi X3 qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 4745,7 manat məbləğində inzibati cərimə edilsin. 2 ədəd **********47301/**********70238 yə **********00470/**********49901 İMEİ kodlu "İPHONE 15 BLACK 128 GB" markalı, 2 ədəd **********80473/**********41505 yə **********29954/**********896116 İMEİ kodlu "İPHONE 14 BLUE 128 GB" markalı, 2 ədəd **********75541/**********50142 və **********47309/**********08757 İMEİ kodlu "İPHONE 14 MİDNİGHT 128 GB" markalı, 4 ədəd **********38150/**********50087 **********60274/**********02425, **********08832/**********85636 İMEİ kodlu "İPHONE 15 BLUE 128 GB" markalı və 1 ədəd **********30063/**********30005 İMEİ kodlu "SAMSUNG GALAXY S24 256 GB" markalı mobil telefonlar müvafiq rüsumlar ödənildikdən sonra sahibi X3 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-201/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-201/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver