Məhkəmə qərarları › İş №3(003)-2015/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2015/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2015/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin polis mayoru X1 tərəfindən Xəzər Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirdikdən sonra hesab edirəm ki, inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin dispozisiyasından görünür ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırda inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı toplanmış HK-1/642 nömrəli rədd materialı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla birlikdə baxılması üçün məhkəməyə təqdim olunsada hesab edirəm ki, baş vermiş yol nəqliyyat hadisəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri nəticəsində baş verməsi barədə kifayət qədər sübutlar mövcud deyil və təqdim edilmiş materiallar natamamdır. Belə ki, yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı Şəxs izahatında xx.xx.2024ci il tarixdə saat 23:33 radələrində idarə etdiyi “Toyota Prius” marakalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Mərkəz-Şəhər istiqqmətindən daxil olub, Binə qəsəbəsinin daxili istiqamətindən, Sovxoz Binə istiqamətində gedən iki istiqamətli yolda saatda 65 km sürətlə hərəkət edən zaman, qarşıda yolun əks istiqamətindən hərəkət edən qeydiyat nişanına fikir vermədiyi “Mersedes” markalı avtomobil onun idarə etdiyi avtomobilin qarşısından dönmə maneviri etmək istədiyini və avtomobili yolda tam dayandırdırdığını, o, toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin əyləcindən istifadə edib, avtomobili sağ tərəfə yönəltdiyini və bu vaxt idarə etdiyi avtomobilin idarə etməsini itirdiyini, idarə etdiyi avtomobil sağ tərəfə hərəkət edib dəmir maneəyə dəydiyini, avtomobil bir qədərdə sağ tərəfə hərəkət edib yoldan çıxaraq yolun sağ kənarında fəaliyyət göstərən “Ocaq” marketin şüşə pəncərəsinə çırpılıb marketin içinə girdiyini bildirmişdir. Lakin bu halla bağlı ətraflı araşdırma aparılmamış, yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı həmin hadisədə iştirak etmiş şəxs(lərin) hərəkətləri arasında hansı səbəbli əlaqənin olması, əməldə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun olub-olmamasının müəyyən edilməsi istiqamətində müvafiq ekspertiza təyin edilməməklə ekspert rəyi alınmamışdır. Yəni, baş vermiş yol nəqliyyat hadisəsinin hansı şəraitdə və hansı səbəblərə görə baş verməsi halları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, təqdim edilmiş material natamam olduğundan, bu halın isə işə baxılarkən tamamlamaq mümkün olmadığından İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Xəzər Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrinirəhbərtutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar