Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2020/2020 08.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X4iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Ukrayna Respublikası Xarkov Vilayəti Roqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Uğur” tədris kursunda alman dili müəllimi işləyən, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 211.1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Uğur” tədris kursunda polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü PB-nə dəvət olunmuşdur. Belə ki, Xəzər RPİ 3-cü Polis Bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2020-ci il tarixli 430 nömrəli qərarına zidd olaraq Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Uğur” tədris kursunda şagirdlərin əyani formada tədrisə cəlb olunması aşkar edilmişdir. Bu barədə raport tərtib edılərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Bununla əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında 3-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Uğur” tədris kursunun rəhbəridir. Kursun fəaliyyətinə sosial məsafə qaydalarına və tibbi profilaktik tədbirlərinə riayət etməklə icazə verilmişdir. Polis əməkdaşları kursa daxil olan zaman 1 sinifdə dərs olmuşdur. Bütün şagirdlər və müəllimlər tibbi maskadan istifadə edərək sosial məsafəni gözləməklə dərs keçmişlər, lakin polis əməkdaşları repetitorluq fəaliyyətinə icazənin verilmədiyini bildirərək bunun inzibati xəta pozuntusu olduğunu bildirmişlər. Hal-hazırda Operativ Qərargahın sərt karantin də olan şəhər və rayonlar istisna olmaqla bütün Respublika ərazisində kursların fəaliyyəti müəyyən qaydalara riayət etməklə davam edir. Təhsil naziri X5 Qərargahın qərarı ilə keçirdiyi brifinqdə qeyd olunmuşdur ki, fəaliyyətinə icazə verilməyən tədris müəssisələri yalnız dövlətin nəzdində olan müəssisələrdir. Özəl fəaliyyət göstərən tədris müəssisələri və repetitor fəaliyyətlərinə həmin qərar şamil olunmur. Onlar “Uğur” kursları olaraq bu qərara əsasən fəaliyyətlərini xüsusi karantin qaydalarına riayət edərək davam etdirmişlər. Bu gün repetitorluq fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunarsa, dərhal onlar da həmin qərara tabe olaraq fəaliyyətlərini dayandıracaqlar. Onu da qeyd edir ki, “Uğur” tədris kursu təhsil müəssisəsi deyildir, təhsillə deyil, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və sonda müdavimlərə dövlətin adından heç bir sənəd vermir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.47-ci maddəsinə əsasən isə müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum təhsil müəssisəsi adlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxxxx 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.2.3-cü bəndinə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsinə məhdudiyyətlər tətbiq edilir. Polis əməkdaşlarının keçirdiyi reyd zamanı çəkilmiş və məhkəmə ickasında baxış keçirilmiş videogörüntüdən də göründüyü kimi, kursun fəaliyyət göstərdiyi binadakı otaqlarda 2, 3 və 8-dən çox olmayan müdavim və repetitor fəaliyyəti göstərən şəxslər olmuşdur. Bu isə bir daha onu sübut edir ki, inzibati xəta hadisəsi baş vetrməmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X9 işçi Şəxs əmək müqaviləsi üzrə direktor vəzifəsinə işə götürmüşdür. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, X2 Nazirliyi yanında Bakı şəhəri X11 Departamentində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən X7 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2022-ci ilə qədər sertifikat verilmişdir. İş materiallarına əlavə edilmiş bank hesabının açılması və xidmətin göstərilməsinə dair müqaviləsinə əsasən sahibkar fiziki şəxs X10 ilə müqavilə bağlamış və müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” müştəriyə cari hesab(lar) açmağı, bu növ hesab(lar) üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə olunan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesab(lar)a daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesab(lar)dan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab(lar) üzrə xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə görə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, inzibati xəta haqqında protokol videogörüntü əsasında tərtib edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin xətanı törtməsinə dair yeganə sübut kimi həmin videogörüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclas zamanı iş materiallarında olan videogörüntülərə baxış keçirilərkən, görüntülərdə otaqlarda 2, 3 və 8-dən çox olmayan müdavimlərin və repetitor fəaliyyəti göstərən şəxsin bir-biri ilə ara məsafəsi saxlamaqla sifətlərində masqa olmaqla məşğul olmaları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxxxx 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.2.3-cü bəndinə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsinə məhdudiyyətlər tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxxx 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə xx xxxxxxx 2020-ci il tarixli Qərarının 1, 2 və 3-cü bəndlərinə əsasən :
1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilmişdir;
2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər;
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 1.0.47-ci maddəsinə əsasən müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum təhsil müəssisəsi adlanır. Müxtəlif Ticarət və Xidmət Sahələrində, X1 (Covid-19) X3 vəsaitin fərdi tədris və repetitor xidmətlərinin məlumat hissəsində göstərilmişdir:
1. Onlayn tədris prosesinə üstünlük verilməlidir;
2. Fərdi tərdris vərepetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
3. Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir;
4. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
5. Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;
6. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
7. Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır. Həmçinin, məhkəmədə müəyyən edilmişdir ki, Şəxs “Uğur” tədris kursunda repetitor fəaliyyəti göstərərək alman dilindən məşğələ keçir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun məşğələ keçdiyi otağa daxil olaraq çəkiliş aparmış və həmin vaxt Şəxs barəsində xüsusi karantin rejiminin pozulmasına görə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclas zamanı iş materiallarında olan videogörüntülərə baxış keçirilərkən, görüntülərdə otaqlarda 2, 3 və 8-dən çox olmayan müdavimlərin və repetitor fəaliyyəti göstərən şəxsin bir-biri ilə ara məsafəsi saxlamaqla sifətlərində masqa olmaqla məşğul olmaları müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmə iclası zamanı iş materiallarında olan videogörüntülərə baxış keçirilmiş, həmin videogörüntülərdən müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Müxtəlif Ticarət və Xidmət Sahələrində, X1 (Covid-19) X3 vəsaitin məlumatında göstərilən halların pozulmasına yol verilməmiş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxxxx 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.2.3-cü bəndinin tələbləri pozulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Müxtəlif Ticarət və Xidmət Sahələrində, X1 (Covid-19) X3 vəsaitin məlumatında göstərilən halların və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxxxx 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.2.3-cü bəndinin pozulması hesab edilə bilməz, həmçinin, repetitor fəaliyyəti ilə məşğul olması onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə şəxsin inzibati xətanı törətməkdə təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə
qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tərlan Əkbərov