Məhkəmə qərarları › İş №3(003)-2022/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2022/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2022/2020 22.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bəyaz qızının katibliyi, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili X3 iştirakı ilə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Norveçdə yerləşən “xxxx” şirkəti tərəfindən **********4 nömrəli aviaqaimə ilə 17 yerdən ibarət ümumi invoys dəyəri 1034135,84 Norveç kronu (ümumi gömrük dəyəri 185110,39 manat), brutto çəkisi 1979 kq olan “silindrlər, elektrik naqilləri, plastmasdan məmulatlar, vulkanlaşmış rezindən fitinqsiz borular, vulkanlaşmış rezindən məmulatlar, aşqarlanmış poladların növündən yastı prokat, qara metallardan borular üçün fitinqlər, qara metallardan zəncirlər, qara metaldan məmulatlar (bolt, qayka, şayba, boru açarının dartıcısı, pərçim, sancaq, yağlayıcı, kabel sıxıcı), su nasosunun hissəsi (püsgürdücü başlıq), mayelərin filtrlənməsi üçün qurğular, təzyiq tənzimləmə üçün reduksiya klapanları, pnevmatik güc transmissiyaları üçün tənzimləyici klapanlar, əks klapanlar, klapan hissələri (araqat), iynəşəkilli diyircəkli diyirlənmə yastıqları, konusşəkilli diyircəklər, diyirlənmə yastıqlarının hissələri (bolt, dayaq, şayba), akkumulyatorlar, dəyişdirici açarlar, naqillər və kabellər üçün kontakt elementləri və birləşdiricilər, sarğı naqilləri, əyləc, ölçü və nəzarət cihazı, nəzarət və ölçü cihazının hissəsi, transmissiya vallarının hissələri (təkər, sürət qutusu, üzlük), qara metallardan yaylar, transmissiya valları, statik dəyişdirici, şkiv blokları da daxil olmaqla nazim çarxlar” adlı mallar göndərilmişdir. Xarici hüquqi şəxsin nümayəndəliyi tərəfindən **********7377 nömrəli gömrük bəyannaməsi təqdim olunaraq, həmin mallar xx.xx.2020-ci il tarixinədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/023859 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə **********7377 sorğu nömrəli GB ilə yüklər (ümumi gömrük dəyəri 185110,39 AZN, brutto çəkisi 1979 kq) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq mallar digər gömrük prosedurunda rə miləşdirilməməsi faktı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixində “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Bakı şəhəri, Salyan şosesi 15-ci km ünvanında yerləşən anbarında gömrük nəzarət altında olan mallara gömrük baxışı keçirilərkən, müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirilmədiyi və heç bir qanunsuz əməliyyatın aparılmadığı müəyyən edilmişdir. Beləliklə, “xxxx” Şirkətinin Azərbaycan Respublikasindaki Nümayəndəliyi gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozaraq, gömrük orqanının müəyyən etdiyi saxlanc müddətinin başa çatmasına baxmayaraq, malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Bu barədə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili X4 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu bildirdi. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar