Məhkəmə qərarları › İş №3(003)-2027/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2027/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2027/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə Şəxs xx xxxx 1988-ci il tarixdə Lerik rayonunun Bilnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Lerik rayonunun Bilnə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Nəriman Əliyev küçəsi fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Lerik Rayon Məhkəməsinin 2(048)-455/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini tam ödəməmiş, icra sənədi Lerik rayon İcra və Probasiya şöbəsindən aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Şöbəyə daxil olmuş, xx.xx.2023-cü il tarixdə borclu Şöbəyə dəvət edilərək aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu 940 manat ümumi borc məbləğindən xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə isə 50 manat ödəmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. Tələbkar borcun tam ödənilməsini tələb edir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 göstərdi ki, borclunun uzun müddətdən bəri aliment ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclu 940 manat ümumi borc məbləğindən xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə isə 50 manat ödəmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. Bu vəziyyət onu qane etmir, iki uşağı həmin məbləğlərlə dolandırmaq onun üçün çox çətindir və o, aliment borcunun tam ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq aliment borcunun tam ödənilməsinin təmin edilməsini, əks təqdirdə inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. 940 manat ümumi borc məbləğindən xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat məbləğlərdə ödənişlər etmiş, ödəniş qəbzlərini İcra şöbəsinə və məhkəməyə təqdim etmişdir. Tələbkar borcun tam ödənilməsini tələb edir, buna isə hazırda onun maddi imkanı yoxdur, çünki, ikinci ailəsindən də azyaşlı övladları vardır, fəhləlik edib qazandığı pul vəsaiti hesabına gücü çatdığı məbləğdə aliment ödəyir və ailəsini dolandırır. Bundan sonra da hər ay müntəzəm surətdə hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişləri tam edə bilməmiş, 940 manat ümumi borc məbləğindən xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat məbləğlərdə ödənişlər etmiş, ödəniş qəbzlərini İcra şöbəsinə və məhkəməyə təqdim etmiş və qalan məbləği də hissə-hissə olmaqla tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar