Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-203/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 15 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 12, mənzil 179-da qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 fevral 2022-ci il tarixli protokola əsasən Şəxs 31 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində və Qala yolunda yerləşən “Rahat” marketdən oğurluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən 01 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik maddə “kokos”dan həftədə bir dəfə olmaqla istifadə etmişdir. Buna görə o, 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra o, narkotikdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsinin ərazisində və Qala yolunda yerləşən “Rahat” marketdən alış-veriş edərkən üzərində olan pul vəsaiti çatmadığına görə o, artıq qalan ərzaqları marketin mühafizəçisinə qaytarmışdır. O, marketdən oğurluq etməmiş və elə bir niyyəti də olmamışdır. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 31 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində və Qala yolunda yerləşən “Rahat” marketdən 29 manat məbləğində ərzaq mənimsəmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədovun 01 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 31 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində və Qala yolunda yerləşən “Rahat” marketdən 29 manat məbləğində ərzaq oğurlamışdır. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2022-ci il tarixdə saat 22:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 31 yanvar 2022-ci il tarixdən saat 22:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-203/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-203/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver