Məhkəmə qərarları › İş №3(003)-2030/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2030/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2030/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 54 ünvanında qeydiyyatda olan və yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rəhim Allahverdiyev xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında “Hyundai” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində AR İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X5 Şöbəsinin vasitəsilə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən prokurorluğun nümayəndəsi X3 izahatında bildirdi ki, xx.xx.2024-ci il tarixdə təxminən saat 18:55-də radələrində sürücü Şəxs texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Hyundai” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz-Şəhər istiqamətindən, Pirallahi rayon istiqamətində gedən bir istiqamətli, 4 zolaqlı yolun sağdan 3-ci zolağı ilə baş yolda hərəkət edib, qarşıda dairəvi yol ayrıcına yaxınlaşıb, baş yolda hərəkət etməsinə baxmayaraq yol ayrıcının sol tərəfində dayanmış avtomobilə yol vermək üçün dairəvi yol ayrıcını keçmədən yolun sağdan 3-cü zolağında avtomobili tam dayandırmışdır, bu vaxt bir qədər arxada, eyni istiqamətdə və eyni zolaqda saatda 55-60 km sürətlə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Saipa” markalı **-NR-*** dövlət qeydiyyat nişalı avtomobil, sürücü tərəfindən tam dayanmış vəziyyətə gətirlmiş “Hyundai” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfində çırpmışdır və yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həqiqətən yol nəqliyyat hadisəsi baş vermiş, lakin tərəflər arasında barışıq əldə olunub, zərərçəkmiş şəxsin şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, tərəflər arasında barışıq əldə olunub, onun şikayəti yoxdur, dəymiş zərəri sığorta şirkəti qarşılayacaq. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarında Şəxs əməlində cinayət tərkibi olmadığı qeyd edilmiş, lakin qeyd olunan yol-nəqliyyat hadisəsi Şəxs ehtiyatsızlığı nəticəsində baş verdiyindən sonuncunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Xəzər RPİ-nin DYPŞ vasitəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 8/2045 saylı rəyə əsasən təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Hyundai Accent markalı 99NV860 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı Hyundai Accent markalı 99NV860 dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə, olduğundan sürücü Həcıiəhmədovun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb , etdiyindən həmin təhqiqat (istintaq) orqanları və məhkəmə tərəfindən qiymətləndirilməlidir. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Saipa 132 SE markalı 99NR965 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası 6 anununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddənin tərkibinin əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qanunla tələb edildiyindən, lakin buna əməl edilmədən, yəni şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilməmişdir. Ona görə şəxs təqsirsiz hesab edilməli və inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar