Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2031/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Fərid Firdovsi oğlunun iştirakı ilə İbrahimov Fərid Firdovsi oğlunun xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayonu “Abşeron” sanatoriyasında yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10.58-də Sabunçu Tibb Mərkəzindən tibb bacısı Əfəndiyeva xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində baş vermiş YNH zamanı xx.xx.2003-cü il təvəllüdlü, Suraxanı rayonu Bülbülə qəsəbəsi Nərimanov küçəsi ev 61Q mənzil 35-də yaçayan Quluzadə Ruslan Adil oğlunun sağ əlin əzilməsi və bədəninin küt travması xəsarəti alması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki,, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində sürücü İbrahimov Fərid Firdovsi oğlunun "Nissan Teana" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili və sürücü Quluzadə Ruslan Adil oğlunun idarə etdiyi "Kia Ceed" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı "Kia Ceed" markalı avtomobilin sürücü Quluzadə Ruslan Adil oğlunun bədən xəsarətləri almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü İbrahimov Fərid Firdovsi oğlunun barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis mayoru Xəlilov Əli Məşdi oğlu tərəfindən 22 iyul 2023-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Zərərçəkmiş şəxs Quluzadə Ruslan Adil oğlu 05 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Fərid Firdovsi oğlundan heş bir şikayətinin və ya tələbinin olmadığını bildirmiş və hazırda Ağsuda olduğuna görə məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İşə məhkəmə iclasına gəlməyən Xəzər RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Fərid Firdovsi oğlu baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, xx.xx.2023-ci tarixdə saat 09:30 radələrində o, idarə etdiyi "Nissan Teana" markalı **-CD-*** dövlət qeydiyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində, "Xalça" restoranı istiqamətindən "Dəniz Kənar" yol istiqamətində gedən, 2 istiqamətli, istiqamətləri qırıq-qırıq xətt ayıran yolda saatda 60-70 km sürətlə hərəkət edib, qarşıda eyni əhəmiyyətli 4 yol ayrıcını keçmək istəyən zaman eyni əhəmiyyətli yol ayrıcının sağ tərəfindən "Nissan Teana" markalı avtomobilin hərəkətdə olduğu yola "Kia" markal avtomobilin çıxmasını və yola çıxan "Kia" markal avtomobilin yolda dayanmasını təxminən 5-6 metr məsafədən görüb əyləcdən istifadə etsə də, idarə etdiyi avtomobilin qabaq sağ qanadı "Kia Ceed" markalı avtomobilin qabaq sol qanadına çırpılmış, ona məxsus avtomobil sol tərəfə hərəkət edib beton daşa dəyib dayanmışdır. Bundan sonra hadisə yerinə Xəzər RPİ-nin, DYPŞ-nin əməkdaşları gələrək, hadisə yerinin müayınəsi və müvafiq sənədləşmə işləri aparılmışdır. Baş vermiş hadisədən peşmandır, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsİə barışmışdır və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yol-nəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 8/1747 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü İbrahimov Fərid Firdovsi oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaysan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarından görünür ki, "Kia Ceed" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Quluzadə Ruslan Adil oğluna xəsarət almasına dair məhkəmə tibbi ekspertizası təyin edilmiş və rǝyǝ əsasən məlum olmuşdur ki, Quluzadə Ruslan Adil oğlunun xəsarətləri xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan və zərərçəkmiş şəxs Quluzadə Ruslan Adil oğlu tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 05 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Fərid Firdovsi oğlundan heç bir şikayəti və ya digər tələbi yoxdur. Beləliklə, İbrahimov Fərid Firdovsi oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Fərid Firdovsi oğlunun törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, dəymiş ziyanı tamamilə öəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb, İbrahimov Fərid Firdovsi oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci İbrahimov Fərid Firdovsi oğlundan tutulub Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İbrahimov Fərid Firdovsi oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. İş üzrə 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci İbrahimov Fərid Firdovsi oğlundan tutulub Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2031/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2031/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver