Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2034/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 23 iyun 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 01 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4125/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1055/2019 nömrəli 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü və tam ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq, o, borc məbləğini, icra sənədini tam ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu sonuncu dəfə 3 ay bundan əvvəl 200 manat ödəniş etmişdir və hazırda onun aliment borcu 2083 manat təşkil edir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır, onu tapmaq olmur, çağırışlara gəlməkdən yayındığına görə 16 may 2023-cü il tarixdə onun barəsində axtarış elan edilmiş, bundan sonra polislər tərəfindən o, 01 avqust 2023-cü tarixdə saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Göründüyü kimi, borclu indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. hazırda maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu ödəyə bilmir. Lakin hazırkı məhkəmənin gedişində borcundan 500 manat ödəniş etmiş və ödəniş qəbzinin surətini İcra şöbəsinə və məhkəməyə təqdim etmişdir, ona bir qədər müddət verilərsə, borcunu tam olaraq hissə-hissə ödəyə biləcəkdir. Buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 500 manat məbləğlərdə ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs aliment borcu 2083 manat təşkil edir. Hazırkı məhkəmənin gedişində o, tələbkara 500 manat ödəniş etmiş, ödəniş qəbzini İcra şöbəsinə və məhkəməyə təqdim etmiş və qalan məbləği də hissə-hissə olmaqla tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, iş materiallarında olan və Tələbkar və Borclu tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, borcun ödənilməsi ilə bağlı aralarında əldə olunmuş razılığın nəzərə alınmasını və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2034/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2034/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver