Məhkəmə qərarları › İş №3(003)-2036/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2036/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2036/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, X1, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 28 mart 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, üç uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 02 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 70 manat, ümumilikdə 140 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Hər iki icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs müəyyən məbləğdə ödənişlər etmiş olsa da onun xx.xx.2018-ci il tarixli icra sənədi üzrə bu günə olan aliment borcu 4256 manat, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə bu günə olan aliment borcu təşkil 1660 manat təşkil edir. Sonuncu dəfə 1-ci icra sənədi üzrə 5-6 ay əvvəl ödəniş etmişdir.İkinci icra sənəsi üzrə isə 2023-cü ilin iyul ayında 300 manat ödəniş etmidir.Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində axtarış və məcburi gətirilmə qərarları qəbul edilmişdir. Şəxs bu gün saat 11:00-da könüllü olaraq icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, qeyr-rəsmi olaraq sürücü işləyir. Qəza keçirdiyi və pandemiya ərəfəsi işləmədiyi üçün ödəniş edə bilməmişdir. Lakin artıq hər ay alimentlə birgə borcundan da ödəniş edir.Sonuncu dəfə iyul ayında 300 manat ödəniş etmişdir. O, alimentin ödənilməsindən yayınmamışdır. Məhkəmədən göstərilənləri nəzərə alınmağını xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 göstərdi ki, borcu tam tələb edir, ödəmədiyi halda Şəxs tutulmağını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs məcburi gətirilməsi qərara alınmışdır. Bundan əlavə iş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 70 manat, ümumilikdə 140 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış və məcburi gətirilmə qərarları qəbul edilmişdir. Hazırda Şəxs aliment borcu 1-ci icra sənədi üzrə 4256 manat, ikinci icra sənədi üzrə 1660 manat təşkil edir, tələbkarlar da borcun ödənilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs bu gün saat 11:00-da icra şöbəsinə könüllü olaraq gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar