Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2037/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs ümumilikdə qızıl-zinət əşyalarının dəyəri olan 6080 manat pul tutularaq X3 xeyrinə ödənilməlidir. Şəxs icra vərəqəsinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 bildirdi ki, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Şəxs işləyir və icra vərəqəsi üzrə tutmalar onun əmək haqqısını 70% -nə yönəldilmişdir. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, o, hazırda hava limanında işləyir və aylıq əmək haqqısı 450 manat təşkil edir. Borcun ödənilməsindən yayınmır. Xəstəliyi və maddi imkanı ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dindirərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, icra sənədi üzrə 2 tumba, termo və şifonerdən ibarət yataq dəstinin dəyəri 1.200 manat, 1 ədəd taxt döşəyinin dəyəri 200 manat və 1 ədəd taxt yorğanın dəyəri 100 manat müəyyən edilsin. 20 manat dəyərində 1 ədəd sintifon yorğan, 90 manat dəyərində 1 ədəd matras, 10 manat dəyərində 2.ədəd sintifon yastıq, 120 manat dəyərində 6 ədəd yastıq, 300 manat dəyərində 10 ədəd adyal, 60 manat dəyərində 1 ədəd yun döşək, 80 manat dəyərində 15 ədəd əl-üz dəsmalı, 60 manat dəyərində 16 ədəd çay dəsmalı, 120 manat dəyərində 6 ədəd masa örtüyü, 60 manat dəyərində 2 ədəd yataq geyimi, 480 manat dəyərində 6 ədəd yataq naboru (rexd prost), 50 manat dəyərində 1 dəst uşaq yataq naboru, 120 manat dəyərində 2 ədəd böyük hamam xalatı, 60 manat dəyərində 6 ədəd bədən dəsmalı, 300 manat dəyərində 1 dəst taxt otağı üçün pərdə naboru, 100 manat dəyərində 2 ədəd qonaq otağı üçün pərdə, 300 manat dəyərində 1 ədəd kaşmir xalça 2x3 avanqard, 250 manat dəyərində 1 ədəd Gəncə xalçası 2x3, 160 manat dəyərində 1 ədəd Təbriz xalçası 2x3, 240 manat dəyərində 2 ədəd xalça 3x4, 250 manat dəyərində 1 ədəd divar deşən prevarator, 120 manat dəyərində 2 ədəd saç qurudan fen, 45 manat dəyərində 1 ədəd saç düzləşdirici fen, 40 manat dəyərində 1 ədəd ütü altlığı, 60 manat dəyərində 1 ədəd ütü Supermax, 300 manat dəyərində 1 ədəd masa (3 metrlik), 120 manat dəyərində 6 ədəd stul, 300 manat dəyərində 1 ədəd divan, 60 manat dəyərində 1 ədəd balaca masa, 500 manat dəyərində 1 ədəd televizor 82 dioqanal Supermax, 50 manat dəyərində 1 ədəd DVD Supermax, 85 manat dəyərində 5 ədəd suvener, 300 manat dəyərində 2 ədəd tozsoran, 30 manat dəyərində 1 ədəd tabletka, 15 manat dəyərində 1 dəst ev silən nabor, 250 manat dəyərində 2 ədəd bagema meyvə qaba, 50 manat dəyərində 2 ədəd qara meyvə qabı, 100 manat dəyərində 1 ədəd meduza meyvə qabı, 150 manat dəyərində 2 ədəd bagema qənd qabı, 35 manat dəyərində 1 ədəd sadə meyvə qabı, 120 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 20 manat dəyərində 1 ədəd quşlu qənd qabı, 75 manat dəyərində 1 ədəd bagema su naboru, 50 manat dəyərində 1 ədəd dumanlı su naboru, 50 manat dəyərində 1 ədəd qara su naboru, 75 manat dəyərində 1 ədəd xrustal güldan, 75 manat dəyərində 6 ədəd xustal rumka, 50 manat dəyərində 2 ədəd xrustal külqabı, 75 manat dəyərində 1 ədəd peçka, 1600 manat dəyərində 2 tabletka, künc divanı, masa 8 ədəd skafdan ibarət mətbəx mebeli, 500 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 400 manat dəyərində 1 ədəd masa üstü qaz, 500 manat dəyərində aspirator, 25 manat dəyərində 1 ədəd moyka, 30 manat dəyərində 1 ədəd sok çəkən maşın, 50 manat dəyərində 1 ədəd mikser, 15 manat dəyərində 1 ədəd qoz çəkən, 400 manat dəyərində 1 dəst 12 nəfərlik 112 predmetdən ibarət yemək naboru, 200 manat dəyərində 1 dəst çəngəl-qaşıq çamadanı, 130 manat dəyərində 2 dəst 6 nəfərlik çay naboru, 60 manat dəyərində 6 nəfərlik qara yemək dəsti, 130 manat dəyərində 12 nəfərlik ağ yemək dəsti, 120 manat dəyərində 6 ədəd 3 mərtəbə şirniyyat qabı, 140 manat dəyərində 3 ədəd tort dəsti, 40 manat dəyərində 2 ədəd bulud, 40 manat dəyərində 4 ədəd şirniyyat qabı, 200 manat dəyərində obedni servis dəsti, 42 manat dəyərində 6 ədəd qənd qaba, 15 manat dəyərində 2 ədəd çərəz qabı, 40 manat dəyərində 4 ədəd külqabı, 40 manat dəyərində 1 dəst 6 nəfərlik çəngəlqaşıq naboru, 30 manat dəyərində 6 ədəd şüşə ədviyyat qabı, 25 manat dəyərində 6 ədəd kauçuk ədviyyat qabı, 15 manat dəyərində 24 ədəd xrustal çay stəkanı, 20 manat dəyərində 2 ədəd armudu stəkan, 24 manat dəyərində 24 ədəd böyük nəlbəki, 24 manat dəyərində 24 ədəd balaca nəlbəki, 18 manat dəyərində 24 ədəd mürəbbə qabı, 30 manat dəyərində 6 ədəd çaynik, 60 manat dəyərində 6 ədəd çaydan, 150 manat dəyərində tefal qazan naboru, 25 manat dəyərində çuqun qazan naboru, 96 manat dəyərində 8 ədəd padnos, 32 manat dəyərində kauçuk çömçə naboru, 26 manat dəyərində taxta çömçə naboru, 15 manat dəyərində 1 ədəd aşsüzən, 80 manat dəyərində 4 ədəd qazan, 20 manat dəyərində 1 ədəd çörək saxlama qabı, 20 manat dəyərində 2 ədəd çörək qabı, 15 manat dəyərində 1 ədəd qənd doğrayan, 30 manat dəyərində 1 ədəd çuqun ləyən, 25 manat dəyərində 1 ədəd çuqun vedrə, 15 manat dəyərində 1 dəst sadə su naboru, 20 manat dəyərində 20 ədəd su stəkanı, 25 manat dəyərində tefal çaynik və çaydan dəsti, 15 manat dəyərində 1 ədəd termos, 18 manat dəyərində 1 ədəd kartof qabı, 14 manat dəyərində 1 dəst limon qabı, 25 manat dəyərində 6 ədəd bulud (sous qabı), 160 manat dəyərində 3 ədəd velosiped, 170 manat dəyərində 2 ədəd mane), 300 manat dəyərində 1 ədəd kolyaska, 250 manat dəyəndə 4 ədəd ayı oyuncağı, 5 ədəd toy kasseti, 1 ədəd şəkil albomu, 50 manat dəyərində 1 ədəd ət çəkən maşın, 60 manat dəyərində 1 ədəd paltar, 15 manat dəyərində 1 ədəd balaca çanta, 55 manat dəyərində 1 ədəd vinetka, 150 manat dəyərində 6 ədəd məktəbli çantası, 100 manat dəyərində yolka, 26 manat dəyərində 2 ədəd dəmir ləyən, 70 manat dəyərində 3 ədəd döşək, 200 manat dəyərində 5 ədəd böyük yastıq, 200 manat dəyərində pərdə naboru, 150 manat dəyərində 4 ədəd böyük dəsmal, 100 manat dəyərində 1 ədəd taxt örtüyü naboru, 200 manat dəyərində yataq otağı üçün pərdə, 60 manat dəyərində 1 ədəd çılçıraq, 90 manat dəyərində 3 ədəd uşaq hamam xalatı, 200 manat dəyərində 6 ədəd çanta, 30 manat dəyərində 1 ədəd divan örtüyü cavabdehlər Şəxs və X1 alınaraq X5 verilsin. Məişət əşyalarının qaytarılması barədə qətnamə icra olunarkən həmin əşyalar mövcud olmasa, onların dəyəri cavabdehlər Şəxs və X1 müştərək qaydada alınaraq iddiaçı X5 verilsin. X3 xeyrinə 12 qramlıq komplekt dəstin (üzük-sırğa dəsti) dəyəri olan 1080,0 manat, 12 qramlıq yolka formalı qolbağın dəyəri olan 1080,0 manat, 25 qramlıq yolka formalı boyunbağının dəyəri olan 2250,0 manat, 3,5 qramlıq, 0,20 karat brilyant qaşlı üzüyün dəyəri olan 500,0 manat, 4 qramlıq nişan üzüyünün dəyəri olan 360,0 manat, 2,5 qramlıq paxlava formalı 1 ədəd üzüyün dəyəri olan 225,0 manat, skripka formalı üzüyün dəyəri olan 360,0 manat, dəyəri 225 manat olan 2,5 qramlıq qızıl sırğa, ümumilikdə qızıl-zinət əşyalarının dəyəri olan 6.080,0 manat pul (faktiki olaraq naturada mövcud olmamasını nəzərə alınaraq) cavabdeh Şəxs tutulsun. Cavabdehlər Şəxs və X1 ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməmişdir. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-2037/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2037/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver