Məhkəmə qərarları › İş №3(003)-2038/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2038/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2038/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-si tərəfindən 2020-cu ildən 2021-ci il tarixə kimi tərtib edilmiş 31 ədəd Qərar əsasında 1250 manat məbləğində cərimələrin inzibati xəta haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10TN896 dövlət nişanlı VAZ 21063 minik avtomobil onun adına olmaqla mülkiyyətindədir. Həmən avtomobili mərhum atası 15 il bundan əvvəl X3 adlı şəxsə etibarnamə verməklə satmışdır. Avtomobili satıldıqdan sonra alıcı avtobomili öz adına rəsmiləşdirməmişdir. Bundan sonra müxtəlif vaxtlarda avtomobil hərəkət edən zaman Bakı şəhərində MMX-radarlara düşməklə ümumi olaraq 31 qərar tətbiq edilməklə 1250 manat məbləğində cərimə olunmuşdur. Bildirmək istəyirəm ki, mənim bu günə kimi bütün bunlardan xəbərim olmayıb. Sadəcə sürücülük vəsiqəsinin vaxtı bitdiyindən Asan Xidmətə müraciət etdikdə oradan ona bildirmişlər ki, onun adına 1250 manat cərimə yazılmışdır. Ailəlidir, üç uşağı var, heç bir yerdə işləmir. Bakı şəhəri DYPİ-si tərəfindən 2020-cu ildən 2021-ci il tarixə kimi tərtib edilmiş 31 ədəd Qərar əsasında 1250 manat məbləğində cərimələrin inzibati xəta haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə, X2 dinləyib, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, on müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə R.A.Əliyevin barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş on müxtəlif inzibati xətaya görə R.A.Əliyevin barəsində tərtib edilmiş 31 (otuz bir) inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 31 (otuz bir) inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilmiş və ayrıca inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrıayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə R.A.Əliyevin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri DYPİ-si tərəfindən 2020-cu ildən 2021-ci il tarixədək tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında inzibati xəta haqqında iş üzrə qərarlardan şikayəti geri qaytarılsın. Şikayəçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar