Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-204/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə Şəxs xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə nömrəsiz evdə yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1789/2016 saylı, 18 mart 2016-cı il tarixli icra sənədinin və Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 08 sentyabr 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1789/2016 nömrəli, 18 mart 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X1 birgə qaydada 2511,83 manat əsas borc, 753,38 manat faiz borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 22 aprel 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu həmin icra sənəli üzrə tələbkara olan 3366 manat borcundan ödəniş etmiş və 2040 manat borcu qalmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkara olan borcundan 100 manat ödəniş etmişdir. Bundan başqa Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3v 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs 1305,36 manat pul və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 10 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu həmin icra sənəli üzrə tələbkara olan borcundan ödəniş etməmişdir. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkara olan borcundan 300 manat ödəniş etmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən və onun olduğu yer müəyyən olunmadığından borclunun barəsində 11 noyabr 2021-ci il tarixdə axtarış elan olunmuş və 01 fevral 2022-ci il tarixdə axtarış nəticəsində tutulmuşdur. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmədiyindən və maddi cəhətdən imkanı olmadığından "xxxx" ASC-nə olan borcundan ödəniş edə bilməmişdir. "xxxx" MMC-nə olan borcundan isə 1000 manatdan artıq ödəniş etmişdir. Hazırda "xxxx" ASC-nə olan borcundan 300 manat, "xxxx" MMC-nə olan borcundan isə 100 manat ödəniş etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1789/2016 nömrəli, 18 mart 2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs və X1 birgə qaydada 2511,83 manat əsas borc, 753,38 manat faiz borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 08 sentyabr 2020-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs 1305,36 manat pul və 20 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan 10 fevaral 2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs "xxxx" ASC-nə 300 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 10 fevaral 2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs "xxxx" MMC-nə 100 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs maddi cəhətdən imkanı olmadığından və heç bir yerdə işləmədiyi üçün gəliri olmadığından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1789/2016 nömrəli, 18 mart 2016-cı il tarixli və Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 08 sentyabr 2020-ci il tarixli icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkarlara olan borcundan ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-204/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-204/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver