Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2040/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1999 - cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Beyləqan rayonu Yuxarı Çəmənli Ərazi Dairəsi Yuxarı Çəmənli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 327.1 və 332.4-cü maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyənetdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində “Hyundai Azera” minik markalı, “**-RY-***” qeydiyyat nişanlı avtomobili Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə özündən qabaqda gedən “Renault Megane” minik markalı “**-VY-***” dövlət qeydiyyat nişanlı avtomobilə çırpmış, nəticədə sonuncu avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis leytenantı X2 tərəfindən 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi axtarış üzrə inspektoru, polis leytenantı X2 qeyd etdi ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yoxlama zamanı inzibati xətanı törətmiş şəxsin sürücülük hüququ olmadığı müəyyənləşmişdir. Avtomobillərə maddi ziyan dəymiş və hər iki tərəfin sığorta şirkətinə məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində aptekdən anası üçün dərman almaq zərurəti yaranmışdır. Bu səbəbdən də təcili olaraq qonşusuna məxsus olan “Hyundai Azera” minik markalı, “**-RY-***” qeydiyyat nişanlı avtomobili idarə edərkən Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə özündən qabaqda gedən “Renault Megane” minik markalı “**-VY-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürəti azaltdığından və özü də düzgün ara məsafəsi seçmədiyindən həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə 2 nəfər olmuşlar. Onlardan heç biri xəsarət almamışdır. Lakin, həm idarə etdiyi avtomobilə, həm də digər avtomobilə maddi ziyan dəymişdir. Hadisəni törədən zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Əməlindən səmimi peşman olduğunu qeyd edərək barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan BB111927 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Azera” minik markalı, “**-RY-***” qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarında olan ƏN-V seriyalı 694637 saylı etibarnamənin surətindən görünür ki, “Hyundai Azera” minik markalı, “**-RY-***” qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X6 tərəfindən X3 etibar edilmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “e-məhkəmə” portalından çıxarışdan aydın olur ki, Şəxs sürücülük hüququ yoxdur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xətaya dair protokola münsaibətdə məhkəmə qeyd edir ki, 327.1-ci maddə 332.4cü maddə ilə əhatə olunduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını iş üzrə tənbehi yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2040/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2040/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver